Xəyanətin nəticəsi: arvadının iş yoldaşına mesaj yazdı, qanını tökdülər - VİDEO

img

07-10-2024 [21:28]


Bakının Xəzər rayonunda 44 yaşlı kişi bıçaqlanmasının bəzi detalları məlum olub.

Belə ki, hadisə rayonun Binə qəsəbəsi, Nadir şah Əfşar küçəsində yerləşən dəmir alqı-satqısı obyektində qeydə alınıb.

1980-ci il təvəllüdlü Şahpur Cəfərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həmyerlisi 1969-cu il təvəllüdlü Nizami Əliyev isə saxlanılıb.

Məsələ ilə bağlı Şahpur Cəfərov və Nizami Əliyevin ailələri bildiriblər ki, Ş.Cəfərov və N.Əliyevin həyat yoldaşları Binə qəsəbəsində yerləşən poliknikaların birində çalışırlar.

Ailəni tanıyanlar iddia edirlər ki, Ş.Cəfərov həyat yoldaşı Sevinc Cəfərovanın telefonundan N.Əliyevin həyat yoldaşı Arzu Əliyevanın telefon nömrəsini götürərək bəzi mesajlar göndərib.

Buna görə də, N.Əliyev də sözügedən şəxsin işlədiyi obyektə gedərək onu bıçaqlayıb.

Bıçaqlanan şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Ətraflı APA TV-nin süjetində:


Digər xəbərlər
SON XƏBƏRLƏR