Xırdalanda 1.5 milyonluq tender: Qalib şirkət kimə məxsusdur? - İcra Hakimiyyətindən reaksiya (YENİLƏNİB)
09-10-2024 [12:41]
Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə icra nümayəndəliyi Xırdalanda yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.
Mia.az xəbər verir ki, bu barədə Reportyor.info məlumat yayıb.
Bildirilib ki, tenderin qalibi “Proqress İnşaat EN” şirkəti seçilib.
Təmir işləri quruma 1 478 634,87 manata başa gələcək.
“Proqress İnşaat EN” şirkəti ötən ay Xırdalan şəhər icra nümayəndəliyinin iki tenderində qalib olub. Tenderlərdən biri küçə işıqlarının, digəri isə mənzil fondunun təmiri ilə bağlı keçirib. Şirkət bu iki tender üzə qurumdan 841 247 manatlıq sifariş alıb.
“Proqress İnşaat EN” şirkəti 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.
Göründüyü kimi şirkət 3 ildir yaradılıb. Bu müddət ərzində “tender kralı”na çevrilib. Hətta o dərəcədə ki, 1 ay ərzində Xırdalan icra nümayəndəliyinin 3 tenderinin qalibi seçilir. Özü də satınalma predmeti fərqli olan tenderlərin. Bu işləri görmək üçün şirkət kifayət qədər güclü maddi-texniki bazaya malik olmalıdır. Amma “Proqress İnşaat EN” şirkətin heç saytı və əlaqə telefonları belə yoxdur.
Açıq mənbələrdə ümumiyyətlə şirkət və qanuni təmsilçisi haqqında məlumata rast gəlinmir.
Bütün bunlar “Proqress İnşaat EN” MMC-nin kağız üzərində yaradılan şirkətlər kateqoriyasına aid olması barədə şübhələr yaradır.
Bir qədər də Xırdalanın yolları barədə.
Dövlət satınalmalarının vahid portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, ötən il də Xırdalanın yollarının təmiri ilə bağlı tender keçirilib. Tenderin qalibi “Xezer Construction” MMC seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 927 615,41 manat olub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildə bu vəzifəyə təyin edilib.
Abdin Fərzəliyevin icra başçısı kimi karyerası isə 2003-cü ildən başlayır. O, həmin il Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb. İki il sonra isə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Onun Nərimanov rayonuna rəhbərliyi 2022-ci ilə qədər davam edib.
Onun Xırdalan şəhəri üzrə nümayəndəsi ilə Malik Məmmədovdur.
***
Abşeron Rayon İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Xırdalan şəhərində abadlıq işlərinin satın alınması müvafiq qanunvericiliyin satınalma prosedurları ilə bağlı müəyyən etdiyi tələblər əsasında aidiyyati qrumların rəy və təkliflərini aldıqdan sonra açıq tender üsulunu tətbiq etməklə elektron satınalma «Dövlət satınalmalarının vahid elektron portalı» vasitəsilə həyata keçirilib:
"Məlumat üçün bildiririk ki, şəffaflığın və səmərəliliyin, o cümlədən iştirakçılar arasında bərabər rəqabət mühitinin yaradılmasının artırılması məqəsədi ilə dövlət satınalmalarının təşkili dövlət qurumları tərəfindən açıq tender şəklində həyata keçirilir".
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub