Bələdiyyə sədri, "Abadlıq-2012" MMC-nin direktoru və mühasibinin qanunsuz əməlləri... - Cinayət işi yekunlaşıb
07-10-2024 [11:13]
Ağdaş rayon Kotavan bələdiyyəsinin sədri, "Abadlıq-2012" MMC-nin direktoru və mühasibinin qanunsuz əməllərinə dair istintaqı aparılan cinayət işi yekunlaşıb.
Ağdaş Rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, bələdiyyə sədri, MMC direktoru və mühasibinin qanunsuz əməllərinə dair cinayət işi üzrə 65 min manatdan artıq ziyan ödətdirilib, 160 min manatdan artıq dəyəri olan əmlaklar üzərinə həbs qoyulub.
İstintaqla, sədr Rəşad Səmədovun bələdiyyəyə ayrılmış pul vəsaitinin 207 min manat hissəsini MMC-nin direktoru Əli Cəbiyev və mühasibi İsmət Abdulkərimovla qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəmə və israf etmə yolu ilə talamasına, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə, qulluq mövqeyindən istifadə edərək kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmasına, bələdiyyənin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, istintaqla MMC-nin direktoru Əli Cəbiyevin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vahid niyyətlə xeyli sayda işçiləri işlərin yerinə yetirilməsinə cəlb etməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 188.4.2 (öz qulluq mövqeyindən istifadə etməklə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, Əli Cəbiyev 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2, 188.4.2 və 313-cü maddələri, İsmət Abdulkərimov isə 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Həmçinin, Əli Cəbiyevin rəhbəri olduğu hüquqi şəxsin xeyrinə vəzifə saxtakarlığı cinayətini törətməsi müəyyən edildiyindən MMC barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.
Cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyanın 65 min manatı ödənilib, eləcə də, maddi ziyanın qalan hissəsinin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərə məxsus 160 min manatdan artıq dəyərdə əmlaklar üzərinə həbs qoyulub.
İş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu