Vəzifəli şəxs xidməti otağında güllələnib - FOTO

img

07-10-2024 [00:39]


Türkiyənin Balıkəsir şəhəri, Hökumət küçsində yerləşən Kənd Təsərrüfatı Müdirliyinin müdir müavini Murat Yakupoğlu xidməti otağında güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə sentaybrın 6-da yerli vaxtla saat 15:00 radələrində Kənd Təsərrüfatı Müdirliyinin binasında baş verib. 

Məlumata görə, binadan 5 dəfə silah səsi eşidilən polislər və işçilər hadisə yerinə qalxdıqda müdir müavinini otğaında qan içində görüblər: "O, artıq canı tapşırıbmış..."

Xəbərə görə,, şübhəli rayon Kənd Təsərrüfatı Müdirinin müavini Murat Yakupoğlunu vurduqdan sonra başında akska ilə motosikleti ilə hadisə yerindən qaçıb: "Hazırda şəhərdəki bütün giriş-çıxışlar, o cümlədən liman ərazisi polsilər tərəfindən nəzarətə görtürülüb. Qatil axtarıılır".

Firudin Səfərli

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR