Bakıda qonşular arasında qanlı dava: 3 nəfər bıçaqlandı, biri öldü - Ata və oğlu saxlanılıb

img

06-10-2024 [09:48]


Oktyabrın 6-da gecə saat 01:00 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Etiqad Hacıyev və oğlu İ.Hacıyev şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Qurban Məlikova, onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

 Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Hacıyev və İ.Hacıyev müəyyən olunaraq saxlanılıb.

Hadisə nəticəsində Q.Məlikov ölüb. Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR