Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib - FOTOLAR
01-10-2024 [15:38]
Nəsimi Rayonunda Ağsaqqallar Şurasının təşkilatçılığı ilə 1 oktyabr "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib.
Mia.az xəbər verir ki, görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Respublika Ağsaqallar Şurasının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Ağsaqqallar Şurasının üzvləri, cəmiyyət sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştitrak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləbdirilib.
Tədbiri giriş sözü ilə Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski çıxış edərək, dövlətin ahıllara sosial qayğısından, onların hüquqlarının qorunması üçün görülən tədbirlərdən ətraflı danışaraq nəzərə çatdırıb ki, Ulu Öndərin bu yöndəki siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edib ki, Müstəqil Azərbaycanın gücü artdıqca əhalinin bu təbəqədən olan sakinlərinin sosial problemlərinə daha böyük diqqət göstərilir.Qeyd etdi ki, Ulu Öndərin ciddi səyləri və təşəbbüsü ilə 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bütün bunlar bu təbəqədən olan insanlara qayğının bariz nümunəsidir.
Sonra Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva görüş iştirakçılarını bayram münasibəti ilə təbrik edərək bildirib ki, yaşlılara, ağsaqqallara qayğı və ehtiram göstərmək yüksək insani keyfiyyət nümunəsidir. Ona görə ahıllara, qocalara, yaşlı insanlara hörmət və ehtiram xalqımızın uzun əsrlərdən gələn adət-ənənəsi olmuşdur. Vurğulayıb ki, biz yaşlı nəslə ehtiramın və qayğının ali nümunəsini Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin bütün mərhələlərində görmüşük. Bu gün də Ulu öndərin siyasətini uğurla davam edən cənab Prezident İlham Əliyevin ahıllara göstərdiyi diqqət və qayğısı gənc nəsillərə bir örnəkdir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman yaşlı insanların sağlıqlarının qayğısına qalması, onların sosial problemlərinin həllinə daha çox diqqət edir.
Sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək bildirdi ki, ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi, onların layiqli həyat şəraitinin təmin edilməsi Azərbaycan dövlətinin daim güclənən sosial siyasətini xarakterizə edən əsas cəhətlər sırasındadır.
Respublika Ağsaqqallar Şurasının Mətbuat katibi Rafiq Rzayev çıxış edərək, ağsaqqal hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışdı. O, ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhalinin, xüsusilə də gənclər arasında maarifləndirmə işinin aparılmasının zəruriliyini və rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirakını qeyd etdi.
Digər çıxış edən ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirərək hər zaman ölkəmizin, vətənimizin, torpaqlarımızın qorunmasında gənc nəsillərlə birgə vətən keşiyində olacağını bildirdilər.
Sonda rayon Ağsaqqallar Şurasının sədri bir qrup ağsaqqallara yubileyləri münasibətilə diplom və hədiyyələr təqdim etdi.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub