Deputatdan Qarabağda yeni evlərini kirayə verənlərə xəbərdarlıq: "Yox, yaşamaq istəmirlərsə, onda evləri təhvil verməlidirlər"
24-09-2024 [12:02]
120 Saylı Cəbrayıl-Qubadlı seçki dairəsini təmsil edən deputat Ceyhun Məmmədov Qarabağdakı evlərini kirayə verərək Bakıya qayıdan keçmiş məcburi köçkünlərin evlərinin əllərindən alınacağı barədə məlumatlara münasibət bildirib.
Mia.az-ın məlumatına görə, deputat Pravda.az-a açıqlamasında deyib ki, məsələ ətrafında o qədər də ajiotaj yaradılmasına ehtiyac yoxdur, bu qədər reaksiya və müzakirəni doğru hesab etmir.
“Əlbəttə, hamı nəzərə almalıdır ki, Qarabağ torpaqları şəhidlərimizin qanı hesabına azad edilib. İnsanlarımız da dövlətin verdiyi evdə yaşamalıdırlar. Bu onların borcudur. Yox, yaşamaq istəmirlərsə, onda evləri təhvil verməlidirlər. Bəzən bu məsələ işlə də bağlı olur. İnsanlarımız köçdükləri ərazilərdə iş tapa bilmədikləri üçün Bakıya üz tutur, evlərini kirayə verirlər. Təbii ki, bu, düzgün deyil. Amma məcburi köçkünlərin hamısı evlərini kirayə verib, Bakıya gəlmirlər. Bu, çox təhlükəli, təxribat xarakterli yanaşmadır, sağlam yanaşma deyil, qaçqınlarla qeyri-qaçqınları qarşı-qarşıya qoymaqdır. Belə yanaşmalara yer verməməliyik. Qaçqın, ya qeyri-qaçqın… Mən yenidən 1990-cı illərin əvvəllərini xatırladım. Sözün açığı, bir məcburi köçkün kimi bu məsələ məni də düşündürür. Əgər kimsə ona verilən evdə yaşamırsa, həmin evin əlindən alınması doğru qərardır. Belə də olmalıdır. Lakin təkrar edirəm, bütövlükdə bütün qaçqın və məcburi köçkünləri bu ittihama məruz qoymaq kökündən yanlışdır. Düşünürəm, bu məsələ işğaldan azad olunmuş ərazilərdə insanların məşğulluğunun önəmini bir daha qabardır. Biz bölgələrə əhalini köçürürüksə, insanlar orada işlə də təmin olunmalıdırlar ki, belə problemlər yaşamayaq. Düşünün ki, bir vətəndaşın Qarabağda evi var, amma işi yoxdur. Dolana, yaşaya bilmədiyinə, çətinlik çəkdiyinə görə məcburdur ki, qayıtsın. Bir müddət əvvəl də belə videolar gördük, bu gün də görürük. Öz açıqlamalarımızda, bu məsələyə baxışımızda diqqətli olmalıyıq. Bir-birimizi diskriminasiyaya məruz qoymamalı, ittihamdan çəkinməliyik. Ola bilsin, bir fakt var. Məgər bu gün Azərbaycan mətbuatında, cəmiyyətində müzakirə olunası başqa məsələ yoxdur? Cənab Prezident bölgəyə getdi, bir çox obyektlərin açılışını həyata keçirdi. Qarabağ Universiteti, yeni məktəblər, zavodlar, fabriklər… Bundan danışaq. Hansısa vətəndaş sosial mediada çıxıb nəsə deyir, yaxud haradasa fakt aşkarlanır və bunun ətrafında ajiotaj yaradır. Birliyimizə və həmrəyliyimizə çox ciddi mənfi təsir göstərir. Bəzən mənə belə gəlir ki, bu məsələ xaricdən idarə olunur və yerli mediamız da qurbanına çevrilir. Belə münasibətlərə, reaksiyalara təəssüf edirəm”, – deputat bildirib.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub