Professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib - Detallar
24-09-2024 [11:34]
Azərbaycanın təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib.
Məlumata görə, həmin heyətin ümumi tədris işinin həcmi müxtəlif fəaliyyət istiqamətləri (tədris prosesində birbaşa iştirak, tədris prosesinə hazırlıqla bağlı fəaliyyət, qiymətləndirmə, tələbələrə dəstək, elmi-metodiki və metodiki işlər, elmi tədqiqat fəaliyyəti, peşəkar inkişaf və s.) əsasında formalaşan tədris işinin növlərindən asılı olaraq müəyyən edilir.
Təhsil müəssisələrində tədris işinin aşağıdakı növləri müəyyənləşdirilib:
- qrup (yarımqrup, qrup birləşmə) dərsləri (mühazirə, seminar, praktik məşğələlər);
- laboratoriya işləri;
- fərdi dərslər (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələrin müəyyən xüsusi fənlər üzrə yaradılan və 1 tələbə ilə aparılan dərs növü);
- əməli dərslər (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələrin müəyyən xüsusi fənn (ifaçılıq fənləri (müxtəlif ansambllar, kvartet, müşayiət sinfi, xalq rəqs musiqisi və s.); partitura qiraəti, polifoniya, duet, gimnastika və s.) üzrə yaradılan və 2-6 tələbə ilə aparılan dərs növü);
- təhsil müəssisəsindən kənarda keçirilən tematik dərslər (müəyyən mövzu üzrə təhsil müəssisəsindən kənarda keçirilən dərs növü);
- imtahanqabağı məsləhətlər;
- tələbələrin ixtisas üzrə təcrübəsi;
- kurs layihələrinin (işlərinin), buraxılış işinin, dissertasiya işinin (magistratura və doktorantura səviyyələri üzrə) hazırlanması prosesi ilə bağlı işlər (rəhbərlik, məsləhətlərin və rəyin verilməsi və s.);
- cari və aralıq qiymətləndirmənin aparılması, yoxlama işlərinin keçirilməsi, imtahanların qəbulu və s.
Professor-müəllim heyətinə təhsil müəssisəsinin rəhbərinin qərarı ilə 1,5 ştat vahidi həcmində tədris yükü ayrıla bilər. Bundan əlavə onlar könüllü olaraq əməyin saathesabı ödənilməsi qaydasında tədris yükündən 250 saatdan çox olmamaqla əlavə dərs deyə bilərlər. Bu zaman mühazirə, seminar, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən az olmamalıdır.
Ali təhsil müəssisəsinin rəhbərinin qərarı ilə elmi uğurları və tədqiqat səriştəsi nəzərə alınaraq elmi tədqiqatlarla məşğul olan professor-müəllim heyətinin (əsas iş yeri həmin ali təhsil müəssisəsi olduqda) illik tədris yükü 40 %-dək azaldıla bilər. Bu zaman həmin professor-müəllim heyətinin sayı ali təhsil müəssisəsinin professor-müəllim heyətinin ümumi sayının 5 faizindən çox ola bilməz(Report).
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub