Qəzzada daha ev və məktəblər bombalanıb - Ölən və yaralananlar var

img

23-09-2024 [09:07]


İsrail Qəzzanı bombalamaqda davam edir. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün gecəyarısı İsrail ordusu fələstinlilərin sığındığı ev və məktəbi bombalayıb.

Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Nusayrat Qaçqınlar Düşərgəsindəki Xalid bin Vəlid adlı məktəbə raket atılıb: "Nəticədə 3 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb. Hazırda yaralıların say dəqiqləşdirilir.  Şati Qaçqınlar Düşərgəsində köçkün fələstinlilərin sığındığı Kafr Qassim məktəbini bombalaması nəticəsində 6 fələstinli həyatını itirib. Bununla yanaşı, döyüş təyyarələri Deyr əl-Bələh şəhərindəki Əqsa Şəhidləri Xəstəxanası ətrafında Əbu Semek adlı şəxsin ailəsinə məxsus evi vurub. Bu hücumda ölənlər arasında 4 uşaq da var..."

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında 41 min 431 fələstinli ölüb, 95 min 818 nəfər isə yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:09 03.12.2024

Sabah yağış yağacaq