Qocalar evində kuryoz olay: "Dedilər, bacın ölüb, tabutda meyitini verdilər, 3 ay sonra isə qəfil xəbər gəldi ki, sağdır"
20-09-2024 [18:01]
Türkiyənin Qaziantep bölgəsində sensasiyalı hadisə baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təxminən bir il əvvəl Qaziantepdə qocalar evində qalan bacısının izini itirən və 3 ay əvvəl İstanbuldan ölümü ilə bağlı telefon zəngi alan 77 yaşlı Abdurrahman Ceyran bu günlərdə bacısının sağ olduğunu öyrənib.
Məsələnin təfərrüatını araşdıran zaman aydın olub ki, Qaziantepdə yaşayan Abdurrahman Ceyran 2020-ci ildə böyük bacısı Sarıyə Ceyranı şəhərdəki qocalar evinə yerləşdirməyə məcbur qalıb.
Bacısını ziyarət edən və ehtiyaclarını qarşılayan Ceyrana Qocalar Evinin 2023-cü ildə bağlanacağı və bacısının şəhərdəki başqa bir qocalar evinə yerləşdiriləcəyi deyilir: "Elə hər şey də buradan başlayır. Qocalar evi bağlanarkən bacısının izini itirən Ceyran iyunun 18-də İstanbuldan bacısının vəfat etdiyi barədə məlumat alıb. Və iyunun 19-da ona bacısı adıyla tabutda verilən meyiti Şanlıurfada dəfn edir. Ancaq bu günlərdə Qaziantepin Yavuzeli rayonundakı Qocalar Evindən gələn zənglə o bacısı Sarıyə Ceyranın sağ olduğunu öyrənib...".
Abdürrəhman Ceyran üzləşdiyi sensasiylı hadisə ilə bağlı deyib ki, həyat yoldaşının vəfatından sonra yaşam şərtləri daha da ağırlaşıb: "Ətrafdakıların təklifi ilə daha yaxşı yaşamaq üçün 2020-ci ildə bacımı şəhərdəki Qocalar evinə yerləşdirdim. Tez-tez yanına gedir, ehtiyaclarını qarşılayırdım. Təxminən bir il əvvəl dedilər ki, bəs burta bağlanacaq. Həmin vaxtı da bizə məlumat veriləcək. Lakin gözlədim, xəbər gəlmədi, ora getdim, baxdım ki, köçüb gediblər. Beləcə əlaqəmiz itdi. Bir qədər gözlədim, xəbər yox idi. Ara-sıra yoxlamağa getdim, ki, bəlkə boşaldılan məkana gələ ola. İz olmadı. Bir neçə yerdən soruşdum, tapa bilmədim. Keçən Qurban bayramının ikinci günü kənddən bir qohumdan zəng gəldi. Dedi, bacım ölüb, nömrə verdi. Ona zəng edən nömrəyə zəng elədim, ata, ana adımı soruşdu, dedi İstanbulda Qocalar evindədədir bacının meyiti, gəlin aparın. Övladlarım getdi, orada zəng edib dedilər ki, tabutdadır, açıb cəsədə baxmağa qoymurlar. Nə isə. Cəsədi İstanbuldan götürüb Qaziantepə gətirdik. Yuyarkən bacımla vidalaşmaq üçün içəri girdim, gözləri və burnu görünürdü. Dedim, bu, bacıma oxşamadı. Dedilər ki, bəs adam öləndə dəyişir, həm də çoxdandır görmürsən. Yəni, dəyişiklik təbiidir. O sarsıntı içində çox dərinə getmədim, düşündüm ki, ola bilər. Həm də o boyda rəsmi qurum necə səhv edə bilər ki...".
Müsahib deyiir ki, bacısını dəfn etdikdən sonra başsağlığı qəbul etməyə başlayıblar: "9 sentyabrda bir nömrədən mənə zəng etdi. Qazintepdə başqa bir ocalar Evindən idi. Adımı, ata-anamın adını soruşdu. Sarıyə Ceyran nəyindir, dedi. O, mənim bacımdır, 3 ay əvvəl vəfat edib deyəndə, telefondakı qadın dedi, yalandır, bacın yanımda durub. Onlar da bunu bacımı müayinə etdirən zaman biliblər. Çünki rəsmi sənədlərdə bacım ölü kimi göstərilib. Sonra bacımın şəkilini telefonuma göndərdi, baxdım, bacım idi. Dəli olmaq həddinə çatdım. Dərhal qohumlarla onunn olduöu Qocalar evininünvanını alaraq getdik. Gördük ki, düzdür, bacım salamatdır. Bacımı çıxarıb evə gətrimək istədim, qoymadılar. Dedilər, rəsmi sənədlərdə ölü olduuna görə aparmam üçün sənədləşmə mümkün deyil. Vəkillə danışdım, prokurorluğa şikayət elədik. İndi lazımı hüquqi işlər aparılır"
77 yaşlı Abdurrahman Ceyran bacısı adıyla dəfn etdiyi şəxsin kim olduğunu isə öyrənə bilmədiyini sözlərinə əlavə edib: "Bunu prokurorluq aydınlaşdıracaq. Hər kimdirsə, haqqımız halalı olsun..."
Firudin Səfərli
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub