Aİ Ukraynaya əlavə 35 milyard avro kredit verəcək - Rusiyanın aktivlərinin hesabına

img

20-09-2024 [14:54]


Avropa İttifaqı (Aİ) Ukraynaya çox aşağı faizlə əlavə 35 milyard avro kredit verəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə səfəri zamanı sosial media platforması hesabında yazıb.

Rusiyanın Ukraynaya qarşı fasiləsiz hücumlarını davam etdirdiyini bildirən fon der Leyen bildirib ki, Ukraynanın dəstəyə çox böyük ehtiyacı var: "Aİ Komissiyası G7 öhdəliyi çərçivəsində Ukraynaya əlavə 35 milyard avroya qədər kredit verəcək. Bu kredirtin zamini isə Aİ-də Rusiyanın dondurulmuş aktivləri göstəriləcək".

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Rusiyanın 300 milyard dollara yaxın aktivlərini dondurub. Bu məbləğin təxminən 200 milyard dolları Aİ ölkələrinin ırazilərindədir. Dondurulmuş aktivlər hər il milyardlarla dollar faiz gəliri gətirir. G7 ölkələri, xüsusən də ABŞ bu gəlirdən Ukraynaya dəstək veriləməsinə qərar verib.

Lamiyə ƏHMƏDLİ

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb