ABŞ: "İsrail və HƏMAS arasında atəşkəs mümkün görünmür"

img

20-09-2024 [13:28]


"İsraillə HƏMAS arasında atəşkəs yaxın gələcəkdə mümkün sayılmır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı “The Wall Street Journal” qəzeti ABŞ Dövlət Departamenti və Pentaqonun rəsmilərindən aldığı informasiyaya əsasən yazıb.

Ağ Ev tərəflərin atəşkəs razılaşmasının mətninin 90 faizində razılığa gəldiyini bildirib: "Ancaq 10 faizlik məsələdə danışıqlar dalana dirənib. O səbəbdənn razılaşmanın imzamaq mümkün olmayıb. Görünən odur ki, bu, yaxın vaxtlarda da imzalanmayacaq"

Qəzetə danışan Pentaqondkı mənbə isə bildirib ki, İsrailin Livandakı Hizbullah üzvlərinin istifadə etdiyi peycer və digər cihazlara kiberhücumlarından sonra yaşananlar bölgədə durumu daha da kritikləşdirib: "Bu, həm də genişmiqyaslı müharibə ehtimalını artırmaqla yanaşı,  İsrail və HƏMAS arasında diplomatik səyləri donduracaq".

Lamiyə ƏHMƏDLİ

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR