Xəzər dənizinin sahil zolağını zəbt edən hasarlar sökülür - Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb (VİDEO)
20-09-2024 [13:05]
Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 monitorinq həyata keçirilib və 3 104 pozuntu halı aşkar edilib.
Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, aşkar edilən pozuntu hallarından 5-i dənizin 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı olub. Müəyyən edilən pozuntu halları üzrə aidiyyəti sənədlər tədbir görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına göndərilib.
Cari ayda aparılan monitorinqlər zamanı isə Bakının Səbail rayonunun, Namiq Quliyev küçəsində yerləşən “Şəfa” balıq evi və hasar qonşusu vətəndaş Rəcəb Abbasov tərəfindən Xəzər dənizinin mühafizə zolağına düşən ərazilərin zəbt olunduğu və hasarın çəkildiyi faktı aşkar edilib.
Qanunvericiliyin tələblərini təmin etmək məqsədilə görülmüş tədbirlər nəticəsində zəbt olunan ərazidə hasarların biri tam sökülüb, digərinin isə obyektin sahibi tərəfindən demontajına başlanılıb.
Qeyd edilir ki, torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq qanunvericiliyə uyğun olaraq Xidmət torpaqların səmərəsiz istifadəsinə və özbaşına zəbt olunmasına qarşı nəzarət tədbirləri həyata keçirir. Xidmət tərəfindən ölkə ərazisində torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları, o cümlədən Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı monitorinqlər aparılır.
Xatırladaq ki, Torpaq Məcəlləsinin tələblərinə əsasən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında yerləşən torpaq sahələri dövlətin müstəsna mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz. Yalnız dövlət məqsədləri üçün Nazirlər Kabinetinin qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Məcəlləyə əsasən istifadəyə və ya icarəyə verilən torpaq sahələri İqtisadiyyat Nazirliyinin Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər(Report).
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub