Mərkəzi Bankın valyuta ehtiyatları 6.7 milyard dollar artıb - Bir həftə içində

img

19-09-2024 [18:06]


Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları bir həftə içində ciddi şəkildə artıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bank həftəlik hesabatında məlumat verilib.

Bildirilib ki, Mərkəzi Bankın ehtiyatları 13 sentyabr həftəsində əvvəlki həftə ilə müqayisədə 6 milyard 789 milyon dollar artıb: "Hazırda valyuta ehtiyatı 153 milyard 550 milyon dollara çatıb".

Müvafiq dövr ərzində qızıl ehtiyatları da 1 milyard 202 milyon dollar artaraq 60 milyard 193 milyon dollardan 61 milyard 395 milyon dollara yüksəlib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb