Gecəylə evə girib 67 yaşlı qadını zorlamaq istədi, bıçaqlandı, ancaq... - Qusarda sensasiyalı olay
19-09-2024 [16:24]
Qusar rayonunda 1993-cü il təvəllüdlü Əfqan 1957-ci il təvəllüdlü həmkəndlisi Saraya (adlar şərti verilib – red.) təcavüz edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əfqan Qusar şəhərində yerləşən kafedə dostu ilə pivə içdikdən sonra sərxoş vəziyyətdə yenidən yaşadığı Qusar rayonunun kəndinə qayıdıb. Saat 22 radələrində kənddə tək yaşayan Sara ilə cinsi əlaqədə olmaq fikrinə düşüb.
Bu məqsədlə Saranın evinə yaxınlaşıb. Evə gizli daxil ola bilməsi üçün əvvəlcə darvazanın sağ tərəfində olan işıq sayğacını söndürüb, sonra hasardan tullanaraq evin həyətinə girib. Tövlənin üstünə çıxaraq evin pəncərəsinin yuxarı şüşəsini sındıraraq pəncərəni açıb və Saranın yaşadığı mənzilə daxil olub.
Əfqan Sara onu görən kimi qışqıraraq köməyə adam çağıranda onun ağzını, sonra isə boğazını tutub. Müqavimət göstərərək əlindənçıxmış Saranın arxasınca düşüb.
Sara yataq otağının pəncərəsini açaraq qışqıra-qışqıra kömək istəməsi zamanı onu arxadan tutub və özünə tərəf çəkərək otağın pəncərəsini bağlayıb. Qadını çarpayıya uzadaraq, xəsarətlər yetirməklə onunla zorla cinsi əlaqədə olmaq istəyib. Sara masanın üstündən götürdüyü mətbəx bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub.
Əfqan Saranın əlindən bıçağı alaraq yerə atıb və onunla zorla təbii yolla cinsi əlaqədə olmaq istəyib. Amma bədən xəsarətləri alması və Saranın müqavimət göstərməsi sayəsində məqsədinə çata bilməyib.
Daha sonra Əfqan Saranı arxa tərəfini çevirərək zorla özünə tərəf sıxıb və ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Lakin Sara yenə də ona müqavimət göstərdiyindən onunla qeyri-təbii yolla da cinsi əlaqəyə girə bilməyib.
İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 29,149.1 (zorlamaya cəhd), 150.1 (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2019-cu ilin avqust ayında Fidanla ailə həyatı qurub, təxminən 6 ay sonra ondan ayrılıb, birgə nikahdan övladları olmayıb:
“Mən özüm ikinci dəfə ailə həyatı qurmamışam. Müvəqqəti olaraq heç bir yerdə işləmirdim. Zərərçəkmiş Saranı həmkəndlim kimi tanımışam. Sara kənddə tək yaşayıb, onun təxminən 60 yaşı var. Mərhum ərini də həmkəndlim kimi tanıyırdım.
Sara və onun mərhum əri ilə heç bir qohumluğum yoxdur, onlarla aramızda heç bir mübahisə, düşmənçilik və ya ədavət olmayıb. Sara barəsində istər əvvəllər, istərsə də sonradan əxlaqsız işlərlə məşğul olması haqda heç nə eşitməmişəm. Bildiyim qədər kənddə öz evində tək yaşayıb, heç kimlə heç bir münaqişəsi olmayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 1-də yaşadığı evdə olub: “Saat 15 radələrində küçəyə çıxdım. Bir qədər vaxt keçirdikdən sonra təxminən saat 18 radələrində dostum və həmkəndlim Sadiq mobil telefonuma zəng edərək mənə birlikdə çay içmək üçün Qusar şəhərinə getməyi təklif etdi. Mən də razılaşdım.
Birlikdə Qusar şəhərinə gedərək kafedə əyləşdik. Əvvəlcə çay içdik, mən 2 bakal da pivə içdim. Təxminən saat 21 radələrində kafedən çıxdıq. Ərzaq dükanından spirtli enerji içkisi alaraq içdim. Sonra Sadiqla yaşadığımız kəndə qayıtdıq. Sadiq öz evinə getdi. Mən də ona yalandan evə gedəcəyimi dedim.
Ancaq içdiyim içkidən kefləndiyim üçün ürəyimdən qadınla cinsi əlaqədə olmaq istəyi keçdi. Heç özüm də bilmədim, necə oldusa həmkəndlim Sara ilə cinsi əlaqədə olmaq ağlıma düşdü, bir anlığına fikrimə gəldi”.
Əfqanın sözlərinə görə, təxminən saat 22 radələrində sərxoş vəziyyətdə Saranın tək yaşadığı evin yanına gəlib: “Evə girməyimi heç kim görməsin deyə darvazanın sağ tərəfində olan işıq sayğacını söndürdüm. Darvaza bağlı olduğu üçün hasardan tullanaraq evin həyətinə girdim. Tövlənin üstünə çıxıb evin pəncərəsinin yuxarı şüşəsini sındırdım. Əlimi içəri salaraq pəncərəni açdım və içəri daxil oldum. Palçıqlı olduğu üçün ayaqqabılarımı ayağımdan çıxartdım.
Bu zaman Saranın telefonda kiminləsə danışdığını, “yaxşı, yaxşı, özündən muğayat ol” dediyini eşitdim. Həyətdə itlərin hürüş səsləri gəldi. Sara əlində fənər eyvan otağına yaxınlaşanda məni gördü. Görən kimi qışqıraraq kömək çağırmağa başladı. Ona mane olmaq üçün əllərimlə əvvəlcə ağzını, sonra boğazını tutdum. Buna baxmayaraq Sara məni itələyərək müqavimət göstərdi. Əlində olan fənər yerə düşdü.
Sara əlimdən çıxaraq yataq otağına qaçdı. Onunla zorla cinsi əlaqədə olmaq üçün arxasınca düşdüm. Sara yataq otağının pəncərəsini açaraq qışqıra-qışqıra kimisə köməyə çağırdı. Lakin onu arxadan tutub, özümə tərəf çəkdim, otağın pəncərəsini bağladım. Onu çarpayının üstünə uzatdım. Qışqırmasın deyə boğazından yapışdım”.
Əfqan qeyd edib ki, Sara ilə cinsi əlaqədə olmağa cəhd edib: “Cinsi əlaqədə olmağa imkan vermədi. Birdən masanın üstündə olan mətbəx bıçağını götürərək məni bir neçə dəfə vurdu. Bıçağı əlindən alıb yerə atdım. Qanım Saranın paltarlarının üstünə axdı.
Xəsarət almağıma baxmayaraq yaralarım isti-isti olduğuna görə səhhətimdə hər hansı problem hiss etmədim. Onunla cinsi əlaqədə olmaq istədiyimdən əl çəkməyərək əməllərimi davam etdirdim. Əlbəyaxa olduqda çarpayı ilə divanın arasına düşdük. Saranın şalvarını dartaraq aşağı saldım. Müqavimət göstərərək mane oldu. Ona qarşı seksual xarakterli hərəkətlər etməyə başladım.
Sonra ondan uzaqlaşdım. Eyvan otağında olan ayaqqabılarımı geyindim və gəldiyim yolla evdən çıxdım”.
Əfqan deyib ki, küçəyə çıxanda özünü pis hiss etdiyinə görə avtomobili olan dostu Sahibə zəng edərək bıçaqlandığını, tibbi yardıma ehtiyacı olduğunu söyləyib və qəbiristanlığın yanına gəlməsini istəyib:
“Qəbiristanlığın yanında Sahibi gözlədim. Anam Furuzəyə və bacımın əri Murada da zəng edərək vəziyyətim barədə məlumat verdim.
Sahib yanıma gəlib təcili tibbi yardım çağırdı. Məni təcili tibbi yardım avtomobilinə mindirdilər, Sahib də yanımda idi. Yolda Murad da həmin avtomobilə mindi. Məni xəstə anaya çatdırdılar.
Heç özüm də bilməmişəm ki, necə oldu, spirtli içki içəndən sonra Sara yadıma düşdü. Hamısı içkinin təsiri nəticəsində olub. Törətdiyim əmələ görə peşmanam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Saranın sözlərinə görə, əri Məmməd 2018-ci ildə vəfat edib, həmin vaxtdan tək yaşayıb, övladları da olmayıb:
“Dekabrın 1-də təxminən saat 21:30-da yaşadığım evdə olarkən başımı yuduqdan sonra yataq otağımda televizora baxırdım. Evin darvazası və giriş qapısı kilidli idi. Birdən evin işıqları söndü, fənər götürdüm və eyvan otağına çıxdım. Həyətdəki it dayanmadan hürürüdü. Kiminsə evə girməsindən şübhələndim. Ona görə fənərlə həyətə baxanda orada kölgə gördüm. Lakin qaranlıq olduğundan kiminsə olub-olmadığını dəqiq bilmədim. İt isə hürməkdə davam edirdi.
Bu zaman mobil telefon nömrəmə Bakı şəhərində yaşayan qardaşımdan zəng gəldi, onunla təxminən bir dəqiqə ümumi hal-əhval tutduqdan sonra tez sağollaşdım. Telefonu söndürdüm və təzədən eyvanın digər hissəsinə gedərək evə kiminsə girib-girməməsini yoxladım. Çünki it hürdüyündən çox narahat oldum.
Birdən mətbəx tərəfdə tində bir nəfərin dayandığını gördüm. Həmkəndlim Əfqanı tanıdım. O, evə daxil oldu, məni görən kimi iki əllə boğazımdan tutdu, boğmağa başladı. Əlindən çıxmaq istədikdə arxaya yıxılaraq eyvan otağında olan stola dəydim”.
Sara bildirib ki, Əfqanın əlindən çıxaraq yataq otağına tərəf qaçıb: “Pəncərəni açıb bir neçə dəfə “Zeynəb-Zeynəb” deyib qonşunu köməyə çağırdım. Lakin cavab verən olmadı. Əfqan məni çarpayıya uzadaraq üstümə çıxdı, seksual hərəklər etdi. Ona imkan vermədim. Qulağımda olan səseşitmə cihazı da yerə düşdüyü üçün yaxşı eşitmirdim.
Məndən əl çəkmədi, yenə də üstümə çıxdıqda qışqırdım, o isə hər iki əli ilə boğazımdan tutaraq boğmağa, səsimi kəsməyə çalışdı. Zorla şalvarımı çıxarmağa, mənimlə cinsi əlaqədə olmağa çalışsa da, ona müqavimət göstərdim. Həmin vaxt xeyli müddət əlbəyaxa olduq. Amma o məndən əl çəkmədi. Ondan spirtli içki iyi gəldi.
Birdən masanın üstünə mətbəx bıçağı qoyduğum yadıma düşdü. Bir əlimlə Əfqanın boğazımdakı qolunu tutdum, digər əlimlə isə asta-asta masanın üstündən bıçağı götürərək ona bir neçə dəfə vurdum, alnından qan gəldi. Qan sifətimə, saçlarıma və paltarlarıma düşdü.
Əfqan əlimdən bıçağı dartaraq aldı və otağın digər tərəfinə tulladı”.
Sara deyib ki, Əfqana mane olmaq üçün müqavimət göstərərkən çarpayı ilə masanın arasına yıxılıb: “Əfqan da üstünə çıxaraq mənimlə zorla cinsi əlaqədə olmaq istədi. Mənə qarşı iyrənc hərəkətlər edirdi, soyunduraraq zorla cinsi əlaqədə olmağa çalışırdı. “Sənə nə istəyirsənsə, verirəm, pul, qızıl, məndən əl çək” deyərək ona yalvardım.
Əfqanın əlindən qurtulmaq üçün özümü digər tərəfə çevirdim. Onun istəklərinə imkan vermədim. Üzərimdə hərəkətlər edərək cinsi ehtirasını təmin etdi. Bundan sonra sakitləşib, heç nə demədən getdi. İyrəndiyimə görə hamama gedərək duş qəbul etdim. Sonra qonşularıma və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqan 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
QULU AĞSƏSDƏN YENİ ŞEİR - "Canım Vətən..."
Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub
MSK: daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
"Xəbər bizi son dərəcə sarsıtdı" - İlham Əliyev
Xaçmazın polis rəisi təqaüdə göndərildi - Yeni təyinat
Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTOLAR
Şuşa şəhərinə nöbəti köç olub
Azərbaycanla Rusiya arasında “Şimal-Cənub”la tranzit yükdaşımalarına dair saziş imzalanıb - DETALLAR + FOTO
Fidan Almaniya XİN başçısı ilə görüşdə Bakı ilə İrəvan arasındakı müzakirədən danışdı: "Hər kəs tərəfsiz şəkildə..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ HTŞ liderinin başına qoyduğu pul mükafatıni geri çəkdi - Colani "qara siyahı"dan çıxarıldı
Viktor Orban: “Atəşkəslə bağlı Rusiyanı razı saldıq” - "İndi əsas məsələ Trampın başına bir iş gəlməməsidir”
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Professorun meyiti çaydan tapılıb - Xanımı araşdırma tələıb edir
İran vətəndaşı Azərbaycanda saxlanıldı - VİDEO
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTOLAR
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi cərimələnib
Dövlət Su Ehtiyatları Agentliyində qanunsuzluqlar üzə çıxdı - Rəsmi yoxlama materialları yayıldı
Hərbçimiz şərti sərhəddə minaya düşüb - MN açıqladı
Təhsil Tələbə Krediti Fondunda milyonluq nöqsanlar üzə çıxdı - PALATA YOXLAMA FAKTLARINI AÇIQLADI
Ölkə tarixində ilk nudist film nümayişi çılpaq izlənilib - FOTO
Güclü külək olacaq- Xəbərdarlıq
Çin Xalq Respublikasının sədri İlham Əliyevə məktub göndərdi - MƏTN
BU SƏFİRLƏR GERİ ÇAĞIRILDI - Yeni təyinatlar (SİYAHI, FOTO)
Konfrans Liqasında püşkatma: rəqiblər bəlli oldu
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - Sərəncam
Prezident Yaşar Əliyevi yeni vəzifəyə təyin etdi - Sərəncam
İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Prezident təsdiqlədi: onların birdəfəlik müavinət məbləği artırılıb
"Miss Azerbaijan 2019"un qalibinin yeni fotosu gündəm oldu - FOTO
Hakan Fidan Suriyaya gedir: "Yeni administrasiya tək buraxılmayacaq"
Deputat Könül Nurullayeva sədri vəzifəsinə seçilib
Pentaqon rəsmisi: "Suriyada 2 min hərbçimiz var"
173 tələbənin təhsil kreditinin tam yarısı bağışlanıb
Qəzzada ölənlərin sayı artıb
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib (Yenilənib)
Xaricə çıxarılan daha 41,3 milyon dollar Azərbaycana qaytarılıb
Komitə sədri generalın oğlunu vəzifədən çıxarıb
Tiktoker Aybənizlə Xaliq arasında qalmaqal böyüyür
Deputat: "İki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır"
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli olub