“Dedi ki, xahiş edəcəm, sənə qrant versinlər” - Bakıda modeli döyən biznesmenin məhkəməsində maraqlı dialoq
18-09-2024 [16:41]
Tanınmış model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə, bununla yanaşı, külli miqdarda dələduluzluqda təqsirləndirilən iş adamı Ziya Hüseynovun növbəti məhkəmə iclası keçirilib.
Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində tanınan Kənan Rəsulova təqsirləndirilən şəxsin vəkili Elnur Quliyev bəzi suallar verib.
Vəkil Elnur Quliyev: "Deyə bilərsiz, sizə qrantın verilməsi üçün hansı tələblər olub?".
Kənan Rəsulov sualı cavablandırıb:
"1-ci şərtlərə uyğun işi gördüm, aktı da tərtib elədim, ancaq götürmədilər. Sonra ödəniş gəlməli idi. Məktub göndərmişdik bizə qrant ayrılır, ya yox? Sonra Ziya aləmi qatdı bir-birinə. Bizə demişdi dostum işləyir orda. Ona pul çatmalı idi. Ancaq yəqin çatdırmadı ki, qrantı vermədilər. Üstündən artıq 1 il 6 ay keçıb. Hər hansı bir məktub göndərməli idilər, əvəzində biz 5 ya 10 min ödəniş etməli idik".
Vəkil Elnur Quliyev:
“Qrantın ayrılması ilə bağlı hər hansı rəsmi saytlarda, bankın səhifəsində məlumat getmişdi?".
Kənan Rəsulov artıq səhifəyə baxmadığını bildirib:
"Artıq mən 1 il 6 aydır bankın rəsmi səhifəsinə baxmıram, xəbərim yoxdur".
Vəkil Elnur Quliyev zərərçəkmişdən mədaxil barədə qəbzin olub-olmadığını soruşub.
Kənan Rəsulov bildirib ki, Ziyanın şirkətini yox, özünü tanıyıb:
"Hamısı barədə sənədlər cinayət işinin içində var. Həmin pullar ancaq görülən işlərə gedib. İşlər görürdük, votsapa qrupu da açmışdıq, işləri orda qeyd edirdik. Mən Ziyanın şirkətini yox, onun özünü tanımışam".
Hakim Azad Məcidov:
"Kənan Rəsulov, sənin marağın o idi ki, 2 milyonu götürəsən. Buna görə 221 min manatın ortada gedib. Niyə vaxtında hüquq-mühafizə orqanlarına şikayət etmirdiniz?".
Vəkil Elnur Quliyev:
“Pul sizin hesaba oturmuşdusa, Ziya sizə nə problem yaradacaqdı, niyə ona pul verirdiniz?".
Kənan Rəsulov: "Söz vermişdim 3 faiz, bir də 260 minin yarısını verəcəm Ziyaya".
Vəkil Elnur Quliyev: "Ziyanın hansı rolu olub qrantın ayrılmasında?".
Kənan Rəsulov: "Rolu belə olub ki, deyib mən xahiş edərəm sənə qrant verərlər".
Məhkəmənin növbəti prosesi 27 sentyabra təyin edilib.
İttihama görə, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi olan Ziya Hüseynzadə özü və 3-cü şəxs üçün gəlir əldə etmək məqsədilə rəsmi sənədləri saxtalaşdıraraq, dələduzluq edib. Ziya Hüseynzadə Kənan Rəsulovla birlikdə Salyan rayonunun Yenikənd və Pambıqkənd kəndlərində təsərrüfat üçün ümumi sahəsi 9.6 hektar ərazidə yerləşən istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün “Avropa Yenidənqurma və İnkişaf Bankı”dan 2 milyon dollar kredit almağa nail olub. O, həmin işi görməyərək quruma xüsusi külli miqdarda ziyan vurub. Bundan başqa, Ziya Hüseynzadə özünü təşkilatın rəhbəri kimi təqdim edib və Zaur Əliyevlə əlbir olaraq “Avropa Yenidənqurma və İnkişaf Bankı”dan 5 milyon 600 min avro kredit alaraq vəd verdiyi işi görməyib və həmin qurumun pulunu ələ keçiriblər.
Daha sonra Ziya Hüseynzadə yenidən Zaur Əliyevlə əlbir olaraq cinayətdən xəbərsiz təsisçisi olduğu MMC-nin direktoru, məlum hadisələrdən sonra vəfat etmiş Aydın Rzayevin vaxtı ilə başqa bir işə bağlı verdiyi etibarnaməni saxtalaşdırıblar. Həmin saxtalaşdırılmış etibarnaməni “Muğan Bank”ın baş ofisinə 7 dekabr 2022-ci ildə təqdim ediblər. Bu hərəkətləri ilə onlar 30 min dəyərində vəsaiti nağdlaşdıraraq götürüblər. Bundan başqa, Ziya Hüseynzadə aldatma və ələ keçirmə yolu ilə Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı altında müvafiq qurumdan 260 min avro qrant alıb. Həmin vəsaitin 133 min avrosunu özünə götürüb. Bu hərəkətləri ilə Kənan Rəsulova həmin miqdarda ziyan vurub. İttihamda daha sonra göstərilib ki, Ziya Hüseynzadə “Muğan bank”ın Xəzər rayon şöbəsindən 2 milyon dolları nağdlaşdıraraq götürüb.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub