"Ardınca söhbət böyüdü, direktoru çağırdılar, dedilər..." - Diqqəti İmişliyə çəkən müəllimə işdən azadolunma səbəblərini sadaladı
18-09-2024 [15:08]
Xəbər verdiyimiz kimi, sentyabrın 16-ı İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbinin önündə dərs deyən və icra nümayəndəsi ilə mübahisəsi ilə gündəmə gələn ibtidai sinif müəllimi Leyla Nəcəfquluyeva işdən çıxarılıb.
Mia.az-ın məlumatına görə, rəsmi açıqlamada onun şagirdləri dərsdən yayındırdığı, eyni zamanda Tiktok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq, şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etdiyi bildirilib.
Mia.az xəbər verir ki, mövzu ilə bağlı Axar.az-a danışan Leyla Nəcəfquluyeva isə bildirib ki, onun işinə xitam verilməsi məsələsi uzun müddətdir planlaşdırılıb.
“Bu məsələ mənim sanitar qovşaqla bağlı problemi ictimailəşdirməyimdən bəri müzakirə olunurdu. 2023-cü ilin 8 yanvarında sosial şəbəkələrdə sanitar qovşaqla bağlı etirazım yayıldı. Videoda sanitar qovşaqdakı problemləri, orada bir uşağın qapı arxasında kilidli qalmasını, uşaqların incidildiyini demişdim. Həmin söhbətdən sonra 2 gün İH-də, bir gün də sektor müdirliyində oldum. Ardınca söhbət böyüdü, direktoru çağırdılar, dedilər, Leyla müəllimə niyə bu qədər hay-küy yaradıb, bu görüntülər niyə sosial mediada yayılıb? Həmin vaxt mənə bildirdilər ki, onsuz da geci-tezi var, çox özbaşınalıq edirsən, müqavilənə xitam veriləcək”, - o deyib.
Leyla Nəcəfquliyeva onu da əlavə edib ki, məktəbdəki pozuntuları üzə çıxarmağı, yuxarı sinif müəllimlərinin dərs keçməməsi məsələsinə görə valideynlərlə birgə apardığı təbliğat da onun işinə xitam verilməsi məsələsini sürətləndirən amillərdən olub:
“Hətta öz övladımı 5-ci sinifdə oxuyarkən dərs keçirilmədiyinə, keyfiyyətsiz tədrisə, eyni zamanda onun mənim oğlum olduğu üçün sıxışdırılması məsələsinə görə yanvar ayında məcburən məktəbdən uzaqlaşdırmalı oldum. Oğlum bulinqə məruz qalırdı. Hər gün gəlirdi ki, müəllim maraqlanmır, lövhənin önündə dayandırır, eyni dərsin üstündə 5 dəfə qalırıq və s. Mən bunu da ictimailəşdirdim”.
O, Tiktok paylaşımlarında şagirdlərdən istifadə olunması ilə bağlı arqumentə də münasibət bildirib:
“Mənim həmin paylaşımlarım nəticəsində yeni məktəb binasının tikintisinə başlanıldı. Məktəbin tikilməsi kimi, açılması da məhz mənim şagirdlərimin sayəsində oldu. Sentyabrın 15-ə kimi Bakıda olmuşam. O vaxta qədər direktor deyib ki, hamı bir nəfər kimi sentyabrın 16-ı məktəbə gələcək. Axşam saatlarında isə bəlli oldu ki, direktor fikrini dəyişib, Aranlı kəndi 2 saylı məktəbə gedirik. O məktəb çox balaca olduğu üçün şagirdlər yerləşmir. Ardınca dedilər, məktəb binası ayın 18-i açılacaq. Amma 3 günlə nə dəyişir? Məktəbdə başqa bir problem var ki, bunu açmaq istəmirdilər”.
O, çıxarılmasında birbaşa olaraq direktorun əli olduğunu, onun qanunsuz əməllərini üzə çıxardığı üçün məktəb rəhbərinin səbrini daşırdığını iddia edib:
“Məktəbə getdim, qapını bağladılar ki, sən bura girə bilməzsən. Dedim, eybi yox, onsuz da “Yaşıl dünya naminə” tədbirimiz var idi, dərsimizi həyətdə keçəcəkdik. Şar aparıb, tədbirə hazırlaşmışdım. Proqramımızın ilk sırasına bunu qeyd eləmişdik. Amma hamı yuxuda olarkən direktorumuz Anar Ələkbərov bütün məktəbin işçilərinə məlumat verib ki, o Leylanın ayağı sinfə, məktəbə dəyməyəcək. Qapıları bağlı saxlayın. O seçkilərdə məntəqə sədri idi, mən isə MSK-ya qədər ondan şikayət elədim, seçkidə yol verdiyi saxtakarlıqları üzə çıxardım. Bu da onun imicinə mənfi təsir göstərdi. Anar Ələkbərov da mənim işdən çıxarılmağım üçün əlindən gələni əsirgəmədi. Müəllimləri işdən çıxarmaqla şantaj edərək, məcburi şəkildə əleyhimə imza atdırıb. Mənə şər atdılar, hökumətə, dövlətimizə, Təhsil Nazirliyinə, Emi Əmrullayevin idarəetməsinə baş qaldırdığımı iddia elədilər. Əslində isə məktəbdəki problemlərə, keyfiyyətsiz tədrisə, sanitar qovşağı, su probleminə, son olaraq da qanunsuzluğa diqqət çəkməyə, bu problemləri aradan qaldırmağa çalışmışam”.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub