ABŞ-da seçki: komissiya üzvlərinə şübhəli paketlər göndərilib

img

18-09-2024 [10:38]


ABŞ-ın bəzi ştatlarında noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı formalaşdırılmış seçki komissyası üzvlərinə şübhəli paketlər göndərilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bununla bağlı ABŞ-da Federal Təhqiqat Bürosu (FTB) və ölkənin Poçt İdarəsi 17 ştatda araşdırmaya başlayıb.

Federal detektivlər topladıqları paketlərin bəzilərində "naməlum maddə"nin olduğunu təsdiqləyib: "Alyaska, Corciya, Konnektikut, İndiana, Kentukki, Massaçusets, Missuri, Nyu-York, Rod-Aylend, Ayova, Missisipi, Kolorado, Kanzas, Nebraska, Oklahoma, Tennessi və Vayominq ştatlarında seçki rəsmilərinə belə paketlər göndərilib. Hazırda o paketləri kimlərin göndərdiyni, arxalarında hansıq üvvənikn olması və hansı məqsədin güdülməsi araşdırılr. Bəli, məktubların bəzilərində naməlum maddə var idi. Onların tədqiqi də davam edir".

Kolorado ştatının rəsmisi bu şübhəli paketləri göndərənlərə "ABŞ Xainləri Ordusu" adlandıırb.

Oklahoma ştat rəhbərliyindən veirlən məlumata görə, paketlər araşdırılıb: "Bizim ştata göndəriən paketlər yoxlanılıb, içindəkilər un olub..."

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 19.09.2024

Sabah yağış yağacaq