Sabiq deputatdan 22 şagirdi məktəbdən qovan Bakı Atatürk Liseyinin direktoruna etiraz: "Səfirliyə müraciət olunmalı və..."
18-09-2024 [09:57]
“Görünür, onlar açıq-aşkar dəllalıqla məşğul olurlar. Bu hərəkətlər onu göstərir ki, məktəb rəhbərləri yerində olmayan şəxslərdir, valideynlər haqlı ola-ola bu duruma salınır. Əslində valideynlərin hamısı birlikdə o təhsil müəssisəsinin rəhbərliyini məhkəməyə verməlidirlər. Bu, onların hüququdur”.
Mia.az xəbər verir ki, bunu “AzPolitika.info”-ya açıqlamasında elm və təhsil mütəxəssisi, millət vəkili Etibar Əliyev Bakı Atatürk Liseyində kəskin təhsilhaqqı artımına etiraz edən iki valideynin 11-ci sinif şagirdi olan övladlarının məktəbdən qovulması məsələsinə münasibət bildirərkən deyib.

ETİBAR ƏLİYEV
Xatırladaq ki, valideynlərin etirazı sadəcə olaraq Bakı Atatürk Liseyinin sahibi olan Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbərliyinə müraciət edərək, kəskin qiymət artımının 11-ci siniflərə şamil olunmamasını xahiş etməkdən ibarət olub. Bundan sonra Bakı Atatürk Liseynin direktoru Eylem Gültekin qəzəblənərək “beni nasıl şikayət edərsiniz”, deyə 22 valideyndən ikisinin uşağını məktəbdən qovub. Bunlar məktubu öz elektron ünvanlarından vəqfin ünvanına göndərən valideynlərdir. Məktəbdən qovulan uşaqların bu qərardan psixoloji sarsıntı keçirdikləri bildirilir.
Etibar Əliyev qeyd edir ki, Atatürk Liseyində bu baş verənlər özbaşınalıqdır. “Doğrudan da bu liseydə çox böyük qanunsuzluqlar baş verir. Atatürkün isminin arxasında gizlənərək özbaşınalıqlara yol verirlər. Xüsusən, valideynlərlə onların davranışı məni daha çox hiddətləndirdi”, - o əlavə edib.
Millət vəkilinin sözlərinə görə, əslində uşaqlar hətta xarici ölkələrin Azərbaycanda təsis etdikləri özəl orta məktəblərin birinci sinfinə daxil olublarsa, hətta devalvasiya olsa belə, məktəbi bitirənə qədər təhsil haqqı sabit qalmalıdır: “Əgər hansısa bir liseyin maddi-texniki bazası zəifdirsə, onu yaxşılaşdırmaq üçün maliyyə xərcləyirsə, bu vəsait valideynin hesabına ödənilməməli, bu ad altında təhsil haqları yüksəldilməməlidir. Düşünürəm ki, türkçülük-turançılıq ideologiyası adı altında təhsil pulsuz olmalıdır. Əlbəttə, bu liseydə yetişən uşaqlar gələcəkdə ali məktəblərə daxil olacaqlar və həm də bu məktəbin adını təmsil edəcəklər. Belə olan halda ondan necə bəhs etsinlər?!”
E.Əliyev vurğulayır ki, 11-ci sinifdən uşağın məktəbdən çıxarılması ona ağır psixoloji travma yaradır. “Uşaqlar 10 il ərzində həmyaşıdları ilə bilik mübadiləsi aparıblar, həmsöhbət olublar, idman yarışlarına qatılıblar, mədəni-kütləvi tədbirlərdə iştirak ediblər. Bu addım lisey rəhbərliyi üçün böyük bir qəbahətdir, valideyni o həddə gətirir ki, uşağını məktəbdən çıxarmağa məcbur olur”, - o qeyd edib.
Millət vəkili hesab edir ki, belə məktəblərdə baş verən qanunsuzluqlar nəzarətsizliyin nəticəsidir: “Bir məsələni də qeyd edim. Bizdə hansısa bir lisey, orta məktəb uğura imza atırsa, onun rəhbərliyi az qala göylə gedir. Valideyndən, şagirddən uzaqlaşır, onu yalnız maddiyat maraqlandırır. Narsizm o qədər inkişaf edir ki, ayaqlarının altını görə bilmirlər”.
Etibar Əliyev onu da bildirib ki, məktəb rəhbərliyinin kobud hərəkətlərinə görə Türkiyənin diplomatik nümayəndəliyinə müraciət olunmalı, ümumiyyətlə məktəb rəhbərliyinin dəyişməsinə çalışılmalıdır. “Birdən-birə sıçrayışla təhsil haqlarının yüksəldilməsi qəbul edilən deyil. Adıçəkilən liseydə sıçrayışlı qiymət artımlarını gördüm, bunun təhsilin keyfiyyətinə hansı təsiri var ki?! Bu hallar məktəbin imicinə olduqca mənfi təsir göstərir, şagirdlərin, valideynlərin həmin məktəbə həvəsini, marağını azaldacaq, nəticə etibarilə böyük şagird kontingentini itirəcəklər”, - millət vəkili qeyd edib.
E.Əliyev sonda vurğulayıb ki, orta məktəb, ali məktəb biliklə yanaşı həm də mədəniyyəti nəql etməlidir. “Mən oxudum, dəhşətə gəldim: nə qədər mədəniyyətsiz hərəkətlər edirlər... Onlar əslində valideynlərin ayağına getməlidirlər, izah etməlidrlər. Amma valideyn direktorun qəbuluna düşə bilmir... Heç bir əsas olmadan təhsil haqqını artırırlar, amma buna görə valideyni suçlayırlar. Bunun özü də mədəniyyətsizliyin bir elementidir”, - millət vəkili fikirlərini yekunlaşdırıb.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub