"Liseylərdə təhsil haqları fantastikdir" - Nazirlik sürətlə artan təhsil biznesmenlərinə niyə "dur" demir?
17-09-2024 [12:50]
Azərbaycanda özəl liseylərdə təhsil haqqı yenidən bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib.
Mia.az-ın məlumatına gərə, İki övladı Bakı Atatürk Liseyində təhsil alanjurnalist Elnur Məhərrəmli bildirib ki, Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmalar Vəqfinin liseyi olaraq türkçülüyün, turançılığın təbliğinə xidmət etsə də, təhsil haqlarını hər il bahalaşdırır: "Bakı Atatürk Liseyi rəsmi saytında məktəblərinin heç bir ticarət məqsədi güdmədiyini yazsa da, təhsil haqqını hər il bahalaşdırır. Bu ildən liseydə illik təhsil haqqı 4500 manat olub. Halbuki, həmin liseydə təhsilə 2018-ci ildə hər uşaq üçün illik 1000 manat təhsil haqqı ilə başlamışıq. IX sinifdə təhsilhaqqı 2500 manata, X sinifdə 2750 manata qalxdı. Bu ildən isə hər uşaq üçün illik 4500 manat təhsil haqqı tələb edirlər".
Valideyn məcbur olub övladlarını başqa özəl məktəbə yerləşdirdiyini söyləyib.
Bakı Atatürk Liseyindən Sputnik Azərbaycan-a təhsil haqlarının artırıldığını təsdiqləyiblər. Bildirililib ki, liseyin 28 may filialı kiçik olduğundan, orada təhsil haqqı 2500 manatda saxlanılıb.
Nərimanov filialı isə böyük olduğundan, təhsil haqqı artırılaraq 4500 manat olub. Liseydən təhsil haqqının artırılmasının liseyin öz daxili qərarı olduğunu, səbəbinin açıqlanmadığını söylədilər.
Bu tədris ilindən Xəzər Universitetinin Dünya Məktəbində də təhsil haqları artırılıb.
Məktəbdən bildiriblər ki, hazırda Azərbaycan və rus bölmələrində ibtidai siniflər üçün təhsilhaqqı 10 min manatdır.
V-XI siniflər üçün isə bu məbləğ 10500 manat təşkil edir. Məktəbin ingilis dili bölməsində isə illik təhsil haqqı ibtidai siniflərdə 12500 manat, V-VIII siniflər üzrə isə 14 min manat olub. IX-XI siniflərdə təhsil haqqı bahalaşaraq 16500 manata çatıb.
Halbuki, ötən tədris ili Xəzər Universiteti Dünya Məktəbində Azərbaycan və rus bölmələrində ibtidai siniflər üçün təhsilhaqqı 9000 manat idi. V-XI siniflər üçün isə bu məbləğ 9500 manat təşkil edirdi. Məktəbin ingilis dili bölməsində isə təhsilhaqqı illik 10500 manat həddində müəyyənləşmişdi.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən özəl liseylərin verdikləri təhsil illik təhsil haqqına adekvat deyil.
K.Əsədovun sözlərinə görə, buraxılış imtahanlarının nəticələri də özəl liseylərin məzunlarının nəticələrinin ən ucqar kənd məktəbinin məzununun nəticəsindən fərqlənmədiyini göstərir.
"Özəl liseylərin təhsil haqqı reallıqdan çox uzaqdır. Həmin təhsil haqqına şagirdlərə əlavə xarici dillər tədris oluna bilər. Türkiyədə yerləşən özəl liseylərdə belə qiymətlər Azərbaycandan aşağıdır. Bakı Atatürk Liseyiini isə Türk Dünyası Araşdırmalar Vəqfi maliyyələşdirir. Onların icarə haqqına qədər Vəqf ödəyir. Bu halda uşaqları simvolik məbləğlə təhsilə cəlb edib hər il bahalaşdırmaq düzgün addım deyil. Bu qayda ən azında köhnədən təhsil alanlara şamil edilməməlidir. Azərbaycana gəldikdə isə, özəl liseylərin illik təhsil haqları fantastikdir. Çox güman ki, bu özəl liseylərin icarə haqlarının baha olması ilə bağldır", - deyə Kamran Əsədov bildirib.
Ekspert onu da əlavə edib ki, hazırda özəl liseylərdə təhsilin bir əhəmiyyəti qalmayıb: "İllər əvvəl özəl liseylər məzunlarının Avropa universitetlərinə qəbul olunması ilə öyünürdü. Hazırda adi orta məktəbi bitirən məzun da hazırlığa getməklə Avropa universitetlərinə qəbul oluna bilir".
MİA.AZ
Qurban Qurbanova ən yaxşı baş məşqçi seçildi
Xalq artisti reabilitasiya mərkəzinə yerləşdirilib
Rəssam Emil Əzizin “Naxış və siluet” adlı fərdi sərgisi açılacaq
3 bürcdə doğulanları sürpriz gözləyir
Braun Universitetində silahlı insident: 2 nəfər ölüb, 9 yaralı var
Nuri Şahin: "Bu, bizim üçün çox vacib bir qələbədir"
Bilik Kuboku” layihəsi: final mərhələsi uğurla baş tutub - FOTOLAR
"Beşiktaş"ın baş məşqçisi: "Bu gecə bizə teatr tamaşası oynanıldı"
41 yaşlı məntəqə sədri dəm qazından boğuldu
Gələin qayınanasını boğaraq öldürüb? - Biləsuvarda...
Qazaxıstan BTC ilə neft tədarükü planını təsdiqləyib
Bakının bu küçələrində qaz olmayacaq
Cəbrayıla növbəti köç olub
Hərbi ekspertin qardaşının ailə üzvləri qəzada ölüblər - Qusarda
"Trabzonspor" - "Beşiktaş" derbisi: 6 qol, bir qırmızı kart...
Rusiya Ukraynada daha bir qəsəbəni ələ keçirib - MN açıqlama yayıb
İsrail ordusu Livanı PUA-larla vurdu - "Hizibullah"ın yüksək vəzifəliləri öldürüldü
Təhsili idarə edənlər düşünürmü ki, təhsil niyə bu qədər tənqid olunur? - Vahid Tağıyev yazır
Azarkeşlər söyüş söydü, Baş məşqçi istefa anonsu verdi: "İki oyundan sonra gedəcəym"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Allahın Bəhram Bağırzadəsindən 9500 manatlıq kitab alıblar" - Kəramət Böyükçöl nazirliklə sövdələşməsindən yazdı
Pənah Hüseyn partiya sədrliyindən getdi - AXP yeni sədr seçdi (FOTO)
Autsayderlərin duelində bir qırmızı kart, bir qol... - "Kəpəz" "Qəbələ"yə qalib gəldi - VİDEO (Yenilənib)
“Binə” Ticarət Mərkəzinin işıqları söndürülüb - Tanınmış jurnalist bazarın iflic edildiyini deyir
Yazıçı nazirə müraciət etdi: "Yazı-pozu adamlarına verilən dəstəyi təqdir edirəm" - "Əlimdə kütləvi nəşrini gözləyən 7 kitab var"
"İki arvadım var, ikisi də şah kimi yaşayır" - Şərurlu İsfəndiyar 27 yaşlı həkimi necə aldığını danışıb, "Pul çox şeyi həll edir" deyir (VİDEO)
Sabah yağış və qar yağacaq
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Kurban Berdiyev məğlubiyyətin səbəbini niyə demir? - Əməkdaşımız ondan sözü "kəlbətin"lə alıb (VİDEOLAR)
Xəzər dənizində zəlzələ olub
Səidə Haqverdiyeva vəzifədən ayrılıb
Azərbaycan diasporunun fəalları saxlanılıb - Rusiyada
"Sabah"ın oyunçusu Joy Mikels Mia.az-a danışdı - VİDEO
Kurban Berdiyevin 50-ci oyunu və ilk "istefa" şüarı - Tovuzlular qəzəbləndi + VİDEO
Leyla Əliyeva Lənkəranda - VİDEO
Sabah hava necə olacaq? - Proqnoz
Bakının Nizami rayonunda quldurluq edən şəxs Tərtərdə tutulub
GENERAL RƏİS TƏYİN OLUNDU - Nazirlikdə növbəti dəyişiklik
"Azərişıq"ın əməkdaşı iş başında ölüb
Şahbuz rayonunun Kükü kəndinə mövsümün ilk qarı yağıb - FOTOLAR
Azercell uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir