"Avrora Qrup"un mağazalar şəbəkəsi niyə cərimələnib

img

17-09-2024 [10:23]


"Tam Store" MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. Baxış iclası sentyabrın 26-da keçiriləcək.

Qeyd edək ki, "Tam Store" MMC mağazalar şəbəkəsi kimi fəaliyyət göstərir, Ceyhun Yusubovun rəhbərlik etdiyi "Avrora Qrup"a daxildir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR