Telefona gizli proqram yazılışı və şantaj... - “Gülüstan” sarayının işçisi iş yoldaşını necə "qaralayıb"?
16-09-2024 [10:07]
“Gülüstan” sarayının əməkdaşını intim görüntülərlə şantaj edən keçmiş iş yoldaşı - Rəşad Əmirovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 18-nə təyin edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmunə əsasən, Rəşad Əmirov 7 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Məhkəmə prosesində məlum olub ki, Rəşad Aydın Quliyevin (ad-soyad şərtidir) telefonuna şəxsi məlumatlarını ələ keçirmək üçün uzaq məsafədən sahibinin xəbəri olmadan kameranı aktiv etməklə onu gizli şəkildə izləməyə imkan verən “Trackview” adlı proqram yazıb.
Nəticədə Aydın sanitar qovşaqda olarkən Rəşad onun telefonunun kamerasını aktiv edib və intim görüntülərini lentə alıb.
Bundan sonra isə Rəşad Aydına görüntüləri göndərərək onu şantaj edib və videonun yayılmaması üçün qarşı tərəfdən 5000 dollar pul tələb edib. Rəşad Aydının şantaja boyun əymədiyini görüb görüntüləri onun iş yoldaşlarına göndərib və daha sonra “Gülüstan” sarayının rəhbərliyinə göndərəcəyinə dair fikrinin ciddi olduğunu bildirib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış etmiş Rəşad Əmirov zərərçəkmiş şəxsi 10 ildir tanıdığını deyib. Tərəflərin tanışlığı “Buta Palace” restoranında işləyərkən olub. Onlar daha sonra “Gülüstan” sarayında işə qəbul olunublar. Lakin ofisiant kimi çalışan Rəşad Əmirov tədbir zamanı spirtli içki qəbul etdiyi üçün işdən kənarlaşdırılıb.
Rəşadın Aydının telefonunda proqramı necə yazmasına gəlincə, bu, 2022-ci ilin aprelində baş verib. Belə ki, Aydın özünə aid telefonu Rəşada verərək ondan mobil telefonun yaddaşına kino izləmək üçün və sosial şəbəkələrə aid proqramlar yazmasını xahiş edib. Eyni zamanda, ondan xahiş edib ki, azyaşlı qızının telefonuna nəzarət etmək üçün xüsusi proqramlar yazsın.
Nəticədə Rəşad Aydının telefonuna proqramlar yazaraq sahibinə qaytarıb. Onun hərəkətlərini izləmək üçün yazdığı “Trackview” proqramını isə proqamlar bölməsində gizlədib.
Görüntüləri əldə etdikdən sonra Rəşad Əmirov Aydını şantaj edərkən əsl kimliyini gizlədib və ona xarici nömrənin vatsapı ilə yazıb. Bir müddət sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə araşdırma ilə bağlı dəvət ediblər. Əvvəlcə izahatı alınıb sərbəst buraxılsa da, daha sonra hədə-qorxu ilə pul tələb etmə cinayətində şübhəli bilindiyinə görə tutulub. O, bu hərəkəti zarafatla ediyini, bunun cinayət olduğunu bilmədiyini deyib.
Aydın isə şantaj edilərkən pulunun olmadığını, videonu kimə istəyirsə, göndərə biləcəyini deyib. Bundan sonra DİN-in 102 xidmətinə şikayət edib. Bir müddət onu hədələyən şəxsi Binəqədi RPİ-nin 6-cı polis şöbəsinin əməkdaşları müəyyən edə bilməyib. Sonradan onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmaya dəvət edən zaman məlum olub ki, ona qarşı bu cinayəti törətmiş şəxs uzun müddətdir tanıdığı Rəşad Əmirovdur.
Buna baxmayaraq, Aydın Quliyev təqsirləndirilən şəxsi bağışladığını deyib, ona qarşı şikayət və tələbi olmadığını bildirib.
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub