Şenol Günəş: ""Beşiktaş" üçün 2 xal itki oldu"

img

16-09-2024 [09:52]


"Trabzonspor"un baş məşqçisi Şenol Günəş "Beşiktaş"la axşamlı 1-1-lik nəticədən sonra jurnalistlərə iddialı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, komandasnın oynadığı üç oyunda da qalib gələ bilmədiyni deyib: 

"Trabzonspor iki matçda 2 xalı var idi. İndi üç matçda 3 xalı var. Bu oyunda ilk dəfə qol vurduq. İlk dəfə bir qol buraxdıq. Çətin bir dönəmdə olduğumuzu, ancaq bu çətinliklərin öhdəsindən gələcək bir vəziyyətin olduğunu da bura gələndə dedim. Oyuna yaxşı başladıq. Təəssüf, qırmızı kart planlarımıza böyük təsir elədi.  Futbolçulara deyəcək sözüm yoxdur. 10 nəfərlə uzun müddət oynadıq.  “Beşiktaş” üçün 2 xal itki olsa da, bizim üçün bu, bir xal daha önəmlidir. Əlbəttə, 3 xala ehtiyacımız var. Hələ 3 xal qazanmadıq. Cümə axşamı günü keçiriləcək matçı gözləyəcəyik".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR