Gizli sövdələşmə, yoxsa...? - Abdin Fərzəliyevlə bağlı yeni iddia yayıldı

img

13-09-2024 [15:41]


Abşeron rayon İcra Hakimiyyəti özünün növbəti tenderinin nəticələrini açıqlayıb. 

Mia.a Tribunainfo.az-a istinadla xəbər verir ki, İcra Hakimiyyəti Xırdalan şəhərinin küçə işıqlarının təmirini həyata keçirməyə hazırlaşır.

Bu məqsədlə keçirilən tenderin qalibi isə “PROQRESS İNŞAAT EN” MMC-dir. 213.664,69 manatlıq satınalma müqasviləsi də dünən bağlanıb.

Qeyd edək ki, bu, Abşeron İcra Hakimiyyəti ilə “Proqress İnşaat EN” MMC arasında ilk anlaşma deyil. Bundan əvvəl də, İcra Hakimiyyəti sözügedən şirkətlə bir neçə dəfə böyük məbləğli satınalma müqaviləsi imzalayıb.
Maraqlıdır ki, Abşeronda keçirilən tenderlərin məhz bir şirkət tərəfindən udulması nə ilə bağlıdır?

Bəzi müşahidəçilərə görə, belə tenderlərdə eyni şirkətin qalib olması, tərəflər arasında gizli sövdələşmələrin nəticəsi olaraq diqqəti çəkir.

Nəzərə alaq ki, tenderlərə nəzarət edən İqtisadiyyat Nazirliyi yanından Antiinhisar və İstelak Bazarına Nəzarət Xidməti dəfələrlə gizli sövdələşməyə getmiş və nəticədə qiymətləri şişirtmiş şirkətləri və dövlət qurumlarını cəzalandırıb, onların tenderlərini ləğv edib. Güman ki, Xırdalanda da analoji hadisənin baş verməsinin şahidi olacağıq.

Xatırladaq ki, nəzarətedici orqan bu yaxınlarda Abşeron İcra Hakimiyyətinin tenderlərindən birini məhz qanunların tələbini pozuduğu üçün ləğv edib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR