Mərkəzi Bankın ehtiyatları 2.6 milyard dollar azalıb, qızıl ehtiyatı isə... - Həftəlik statistika

img

12-09-2024 [16:14]


Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatı bir həftə içində 2.6 milyarddan çox azalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Bank həfətlik hesabatını açıqlayıb.

Mərkəzi Bankın hesabatına əsasən, əvvəlki həftə ilə müqayisədə ümumi valyuta ehtiyatı 2 milyard 612 milyon dollar azalaraq 146 milyard 761 milyon dollara geriləyib: "Qeyd edilən dövr üçün qızıl ehtiyatı 150 milyon dollarlıq artaraq 60 milyard 43 milyon dollardan 60 milyard 193 milyon dollar dəyərinə yüksəlib".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR