AFFA İcraiyyə Komitəsi sabah iclas keçirəcək

img

12-09-2024 [10:58]


AFFA İcraiyyə Komitəsi sabah iclas keçirəcək.

Mia.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Toplantı sentyabrın 13-də AFFA-nın inzibati binasında gerçəkləşəcək.

Saat 15:00-da başlayacaq iclasın gündəliyinə bir sıra məsələlər daxildir:

1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi

2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat

3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı

4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr

5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi

6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi

7. Qadın Liqaların 2024-2025-ci illər mövsümü üçün təkliflərin müzakirəsi

8. Digər məsələlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:09 03.12.2024

Sabah yağış yağacaq