İordan çayının qərb sahilində daha 30 fələstinli tutulub

img

11-09-2024 [17:29]


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində əməliyyatları fasiləsiz davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fələstin Azadlıq Təşkilatı bölgədəki son vəziyyətlə bağlı açıqlama yayıb.

Təşkilatdan bildirilib ki, bu gün İsrail qüvvələri ordan çayının qərb sahilində fələstinlilərin evlərinə növbəti basqınlar həyata keçirib: "Basqınlarda daha 30 fələstinli saxlanılıb".

Xəbərdə deyilir ki, son həbslərlə 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tutulanların sayı 10600-ə çatıb: "İndiyədək isə bu bölgədə 699 fələstinli həyatını itirib".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb