Meksikada məhkəmə islahatlarına etiraz... - Yüzlərlə insan Senatın binasına girdi

img

11-09-2024 [11:28]


Meksikada prezident Andres Manuel Lopez Obradorun təklif etdiyi məhkəmə islahatına etiraz iğtişaşa çevrilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yüzlərlə insan Senatın (Parlamen) binasına daxil olaraq qanunun qəbuluna mane olmaq istəyib.

Təhlükəsizlik qüvvələrini aşaraq Senatın binasına basqın edən yüzlərlə etirazçı əllərində Meksika bayraqları və məhkəmə islahatlarına qarşı plakatları qaldıraraq hökumətin əleyhinə şüarlar səsləndirib: "Onlar senatorlardan bu islahat paketini  qəbul etməməyi tələb ediblər..."

Xatırladaq ki, Meksikada Prezident Obradorun təklif etdiyi məhkəmə islahatına görə, hakimlərin namizədliyini parlament irəli sürəcək, ancaq onları xalq seçəcək. Etirazçılar isə hesab edir ki, bu səbatsız hakimlərin məhkəmə sisteminə doluşmasına rəvac verəcək.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR