Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10-09-2024 [00:02]
Qoç - başladığınız işləri yarımçıq qoymayın. Ötən həftənin probleminin indi gündəmdə qalan fəsadlarını aradan qaldırın. Yaxın vaxtlarda situasiya intensivləşə bilər. Qəfil işgüzar təkliflər ala bilərsiniz. İşlərdə diqqətli məşğul olun, xəyallara dalmayın, illüziyalara qapılmayın. Peşəkər fəaliyyətinizlə bağlı məsələlərdə qətiyyətli olun. Aldığınız dəvətlərdən imtina etməyin. Günün ikinci yarısında sakitliyə, istirahətə ehtiyac yaranacaq. Tək qalmaq istəyəcəksiniz. Səs-küy, tələskənlikdən uzaq durun. Gerçəkdən də, mühüm işlərlə məşğul olun. Gələcəklə bağlı planlar qura bilərsiniz.
Buğa - günün ilk yarısı uğurlu olacaq. Mühüm işgüzar görüşlər və ya danışıqların sonucu pis olmayacaq. Dinamik, aktiv olun. Rəqibləri üstələməyə çalışın.
Saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. İşdə fikir ayrılıqları və mübahisələr istisna deyil. Ailədəki anlaşılmazlıqların münaqişəyə dönməsinin qarşısını alın.
Günün ikinci yarısında əhvalınız pozula, səhhətiniz korlana bilər. Xroniki ağrıların kəskinləşməsi sizi qorxutmasın. Uzaq səfərə yollanmaq, ağır fiziki işlə məşğul olmaq məsləhət deyil. Özünüzü qoruyun.
Əkizlər - gərgin, çətin gündür. Həftənin ən ağır zamanı da sayıla bilər. Cari işlərə diqqəti yönəltmək asan deyil. Maksimum dərəcədə sərvaxt olun, xırda məsələlər və detalların nəzərdən qaçmasına imkan verməyin. Əks təqdirdə yanlışlıqlar ola bilər.
Sizi dəstəkləyən insanlarla münasibətləri korlamayın.
Günün ikinci yarısında yeni layihəyə başlamayın. Genişmiqyaslı işlərin hazırlıq prosesinə start vermək, planları müttəfiqlərlə müzakirə etmək olar. Yaxın ətrafınızdakı insanların verdikləri vədlərə çox inanmayın. Bu adamların arasında çox az şəxs sözlərinin üstündə dura biləcəklər.
Xərçəng - tamamilə yeni, fərqli işə başlamaq üçün əlverişli zamandır. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Geniş dünyagörüşlü olun. Yeni tanışlıqlar istisna deyil. Sizi indiyədək tanımayan insanın rəğbətini qazanmağa çalışın.
Günün ikinci yarısında alış-veriş etmək olar. Qeyri-adi, orijinal nəsnələr sizi cəlb edəcək. Aldığınız əşyalara heyfislənməyin.
Ünsiyyət üçün münasib zamandır. Sizə əsla bənzəməyən insanlarla da dil tapmağa çalışın. Hansısa məsələlərdə sizə tam əks mövqe tutan insanla təmaslarda diqqətli olun. Bu yaxınlarda mübahisə etdiyiniz insanla barışa bilərsiniz.
Şir - işdə yaranan müəyyən anlaşılmazlıqlara rəğmən qarşınıza qoyduğunuz məqsədlərə doğru sürətlə irəliləyin. Tapşırıqlarla sifarişləri vaxtında yerinə yetirin. Çətin problemləri həll etmək mümkündür. Yaxın ətrafınızdakı insanlarla sürəkli müqayisə etməyin.
Günün ikinci yarısında kimsəyə fikir vermədən müstəqil çalışın. Yalnız belə olarsa, uğur qazanacaqsınız. Maliyyə fonunda müsbət irəliləyişlər olmayacaq. Gəlirlərdə gecikmələr ola bilər.
İşdə vaxtından artıq çalışmayın. Yaxınlarınızın sizə ehtiyacı var. Bir qədər istirahət etməyi unutmayın. Romantik təmaslar ümidləri doğrultmayacaq. Təşəbbüskar olun, münasibətlərin normallaşdırılması üçün səy göstərin.
Qız - müsbət təmayüllərin təsiri güclənəcək. Gün uğurludur. Aktiv davransanız, niyyətinizə çata bilərsiniz. Yaxın ətrafınızdakı insanlara sərt iradlar ünvanlamayın. Təşəxxüs və eqosentrizm yolverilməzdir. Planlaşdırdığınız işləri başa vurun. Artıqlaması ilə çalışın.
Günün ikinci yarısında yeni sifarişlər və ya tapşırıqlar ola bilər.
Şəxsi münasibətlər rəvandır. Münaqişələr yaranmasa da, situasiyanın normallığı ilə bağlı hiss yaranmayacaq. İşlərinizə yetərincə vaxt ayırın. Qısamüddətli səfərlərə yollanmaq olar. Uzunmüddətli səyahəti təxirə salın.
Tərəzi - ideyalarınızdan birini reallaşdıra bilərsiniz. Ən fantastik planın da həyata keçirilmə şansı var. İstənilən situsiyadan fayda əldə etməyə can atın. İşgüzar intuisiyanız iti olmalıdır. Əməkdaşlıq edəcəyiniz insanı diqqətlə seçin. Sərmayə obyektində yanılmayın. Anlaşma və sövdələşəmələrdə sayıq davranın.
Sizə məsləhət üçün müraciət edəcəklər. Hətta sizdən təcrübəli insanlar belə, sözlərinizdən faydalana bilərlər.
Günün ikinci yarısı şəxsi münasibətlər üçün münasibdir. Eqoist olmayın, amma öz maraqlarınızın təminatını da unutmayın. Axşam saatlarında gəzinti əhvalınızı yaxşılaşdıra bilər.
Əqrəb - düşünülməmiş addımlar atmayın, qəfil hərəkətlər etməyin. Planlarınızı köklü şəkildə dəyişməyin. İndiyədək məhsuldar və effektiv çalışdığınız insanlarla tərəfdaşlığı dayandırmayın. İşlərdə daimilik, prinsiplərə sədaqət və qarşınıza qoyduğunuz məqsədlərə çatmaq istəyi təqdir olunması ünsürlərdir. Dəyər verdiyiniz insanların etimadını qazanmağa çalışın.
Günün ikinci yarısında ailə işlərinə ciddi yanaşın. Bu işlərin öhdəsindən sizdən yaxşı kimsə gəlməyəcək. Qohumların qəfil viziti, uşaqlıq dostları ilə görüş ola bilər.
Dürüst davranış modelini seçin. Ünsiyyətdə aktiv olun. Amma kiminsə sizdən sui-istifadə etməsinə imkan verməyin.
Oxatan - əvvəllər arzu etməyə belə, cəsarət göstərmədiyiniz məqamlar indi reallaşa bilər. Situasiyanın yaxşılaşmasını gözləməyin. Fəal olun, hərəkətə keçin. Qətiyyətli və ötkəm olun. Niyyətinizə çata bilərsiniz - şanslar az deyil. Səfər, habelə planlaşdırılmamış səyahət pis alınmayacaq.
Günün ikinci yarısında sərfəli anlaşmaya, sövdələşməyə nail olmaq mümkündür. Yaşam potensialınızın səviyyəsi çox aşağı düşəcək. Səhhətinizdə ciddi problemlər istisnadır. Adi günlərdən fərqli olaraq daha tez yorulacaqsınız. Axşam saatlarında ağır işdən uzaq durun. Ağır yük qaldırmayın.
Oğlaq - ifrat aktivlik məsləhət deyil. Yeni, genişmiqyaslı işə başlamayın. Konkret layihəni ixtisara salmaq mümkündür. Vədlər verməyin, öhdəliklərə boyun olmayın. İşdə durumu real dəyərləndirin.
Başqalarının illüziyalarının qurbanına çevrilməyin.
Günün ikinci yarısında məişət zəminində mübahisələr istisna deyil. Belə mübahisənin yaxınlarınızla münaqişəyə çevrilməsinə imkan verməyin. Sakit və soyuqqanlı olun. Mənfi emosiyaların məntiqi üstələməsi arzuolunmaz ssenaridir. Əsəb gərginliyinin əsas səbəbi, sadəcə, yorğunluqdur.
Dolça - uğurlu təsadüflər istisna deyil. Çoxdan bəri həyata keçirmək istədiyiniz planı reallaşdırmaq imkanları var. Əlverişsiz şərait, bədxahlar və rəqiblərin məkrli addımlarına fikir verməyin. Güclü rəqiblərlə qarşılaşmada belə, geri çəkilməyin. Uğursuz situasiyada da qalib ola bilərsiniz.
Günün ikinci yarısında hiyləgər və fəndgir olun. Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Yorğunluq hiss etməyəcəksiniz. Gərgin iş və ya yerinə yetiriləsi tapşırıqları qulaqardına vurmayın. Axşam saatları aktiv istirahət üçün əlverişlidir.
Balıqlar - ən böyük çətinlik emosional fonun əlverişsiz olmasıdır. Hətta ən sakit halda davransanız da, deyilənlər sizi təbdən çıxara bilər. Təxribata uymayın, soyuqqanlı olun. Ünsiyyət çevrənizi məhdudlaşdırın.
Sizi qıcıqlandıran insanlarla təmaslardan uzaq durun. İstənilən məsələ ilə bağlı sizə nöqsanlarınız və çatışmazlıqlarınızdan bəhs edən insanlarla əlaqələri zəiflədin.
Günün ikinci yarısında maliyyə problemləri yaranacaq. Reallıq hissini unutmayın. Planlaşdırılmamış səfərə yollanmayın.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zelim Tçkayev "Böyük Dəbilqə"də qızıl medal qazanıb
TƏBİB-in "Tender" şöbəsi"nə təyinat olub
Dünya çempionatı: idmançılarımız təltif edilib
"Qızın qəza törədib" adıyla 88 yaşlı qadını aldadan şəxs qandallandı
XİN-dən Paşinyanın iddialarına cavab geçikmədi
İlham Əliyev İspaniya Kralına məktub göndərib - MƏTN
Niderland Azərbaycana qarşı daha iki qətnamə qəbul edib - Rəsmi Bakıdan sərt reaksiya
Azərbaycan neftinin qiyməti 81 dollara çatır
Tovuzda avtomobil qaçıran keçmiş məhkum tutulub
Xəzər dənizində zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mesut Özil "Qarabağ"ın bazasında - VİDEO
Arkadi Gukasyan, Bako Sahakyan, Davit Babayan, David İşxanyan və... - Onlar barədə yeni qərar çıxarıldı
Serbiya lideri: "Ərdoğan ailəmdən kim xəstələnsə, dərhal zəng edər..." - "Türkiyə Balkanlarda ən böyük gücə sahibdir"
Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin daha bir tenderi ləğv edilib
Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb
Növbəti 4 gün ərzində havanın temperaturu 5-10 dərəcə enəcək
Qəzza yenidən vurulub - 21 fələstinli həlak olub
İcra başçısının xanım müavininin vəzifədən azad olunma səbəbi bilindi - Cinayət işi açılıb
Türkiyə ilə Serbiya arasında 11 yeni sənəd imzalanıb
Sabiq baş həkim azadlığa buraxıldı
“Zirə” – “Araz-Naxçıvan” oyununun vaxtı açıqlandı
Dövlət Komitəsinə səlahiyyət verildi - Hökumətdən qərar
Lavrovdan İsrailə xəbərdarlıq: "Əgər İrandakı nüvə obyektlərinə zərbə olarsa..." - Rusiya XİN başçısı "Yaponiya dərsini unudub" dedi
Sənətçilər şikayət elədi, nazirlik araşdırmaya başladı - Qalmaqal
Kamal Kılıçdaroğlu: "Yox, prezidentliyə daha namizəd olmayacam"
Leyla və Arzu Əliyevalar Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olub - FOTOLAR
Almaniya kansleri Türkiyəyə gəlir
Naftalan İcra Hakimiyyətinə xəbərdarlıq olunub - 349 minlik qalmaqal
AFFA İntizam Komitəsi daha üç komandaya texniki məğlubiyyət verib
Deputat: "Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır"
Sabah hava necə olacaq? - Proqnoz
PUTİN AŞQABADDA MÜHÜM MESAJ VERDİ: "Yeni dünya nizamı və güc mərkəzləri formalaşır"
ÖLKƏYƏ QAYTARILMAYAN XARİCİ VALYUTALAR... - Əli Əsədov rəsmiləri topladı, yei tapşırıqlar verdi
Rusiya üçün ən ağır ay: hər ay 30 min əsgər toplanır, döyüşlərdə ölüm çoxalıb - Ukrayna itkilərini ABŞ-dan gizlədir
"...bu, informasiya təhlükəsizliyi üçün yeni texnoloji təhdidlərə də səbəb olur" - Əhməd İsmayılov
BDU-nun 18 tələbəsi dönərdən zəhərlənib - ADLAR (Yenilənib)