BAKIDA EVƏ BASQIN EDƏN KEÇMİŞ MƏHKUM GÜLLƏLƏNİB: hadisə yerindən qaçan digər şəxs isə tutulub - İki qurumdan birgə məlumat (Yenilənib)
12-09-2024 [18:20]
Bakıda mənzilə silahlı basqın edərək polisə müqavimətdə təqsirləndirilən şəxs həbs olunub.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Məlumatda deyilir ki, sentyabrın 9-da saat 21 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mənzilə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb edib:
"Zərərçəkmişin övladının mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək “102 Xidməti-Zəng Mərkəzi”nə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib, polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilib, digər şəxs isə hadisə yerindən yayınıb.
Hadisə ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, basqında istifadə olunan 1 ədəd “Makarov” markalı tapança, giliz, əl-barmaq izləri və sair predmetlər maddi sübut qismində götürülüb.
Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.
Orxan Abdullayevin külli miqdarda gəlir əldə etmək məqsədilə Eldəniz Şükürovla qabaqcadan əlbir olub sahibkar Rauf İsmayılovun yaşadığı mənzilə silahlı basqın edib külli miqdarda pul vəsaiti tələb olunmasında iştirak etməsinə, hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq zor tətbiq etməklə onlara müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçiriən prokurorun təqdimatı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, cinayətə aidiyyəti olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir".
***
Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.
Bildirilib ki, ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.
Müəyyən edilib ki, zərərsizləşdirilən şəxs Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğludur.
Hadisə yerindən “Makarov” tapançası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb