"Ermənistan növbəti dəfə ictimaiyyətin diqqətini real vəziyyətdən yayındırır" - Rəsmi Bakıdan bəyanat
09-09-2024 [19:06]
"Təəssüf ki, Ermənistan tərəfi növbəti dəfə ictimaiyyətin fikirlərini real vəziyyətdən yayındırmaq məqsədi güdür".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər nazirinin “sülh sazişi” və kommunikasiyalar ilə bağlı fikirləri ilə əlaqədar yerli medianın suallarına cavabında deyib.
XİN rəsmisi qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə sonuncu dəfə Azərbaycan tərəfindən iyun ayında təqdim olunmuş şərhlərə Ermənistan tərəfi avqust ayının sonunda, təqribən 70 gün sonra şərhlərini göndərib:
“Ermənistan tərəfi, Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80% razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu məqbul hesab edilə bilməz. Çünki, sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir.
Azərbaycana qarşı ərazi iddialarını davam etdirən, keçmiş münaqişənin qalığı olan Minsk Qrupunun işinin bərpasına çalışan Ermənistanın “sülh sazişi”nin mətninin əhatə dairəsini azaldaraq onu hər bir formada imzalamağa çağırış etməsi bu ölkənin əsl niyyəti barədə bir çox suallar yaradır".
A.Hacızadə deyib ki, saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə hal-hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir.
"Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib. Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlər ilə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, 9 sentyabr tarixində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqun xarici işlər və ticarət naziri ilə birgə mətbuat konfransında bildirib ki, sonuncu dəfə Ermənistan tərəfindən Azərbaycana təqdim edilmiş “sülh sazişi” layihəsinin mətni tam olaraq razılaşdırılıb və layihə razılaşdırılmış müddəaları ehtiva edir. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan tərəfi öz ərazisindən keçən hər hansı bir yola nəzarəti üçüncü tərəfə vermək niyyətində deyil. Bununla yanaşı, yük və sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək üçün hər iki ölkədə xarici özəl şirkətin prosesə cəlb edilməsi məsələsinin müzakirə edildiyi diqqətə çatdırılıb.
Deputat: "Avtobuslar üçün zolaqlar yaratmışıq, avtobus qalıb bir tərəfdə, bütün zolaqlar zəbt olunub"
Bakıda hərrac: 16 maşın satılıb
Prezident İlham Əliyev Cəbrayıl rayonunda - FOTOLAR (Yenilənib)
Bakıda məktəbdə maraqlı olay: BŞTİ həmişəki kimi direktoru haqlı saydı, ekspertlər isə "qanunsuzdur" deyir - VİDEO
Müsavat Novella Cəfəroğlunun istefasını qəbul etməyib? - “Yeni Azərbaycan Partiyasından təklif gəlməyib"
Yunan aparıcıdan türk futbolçuya təhdid: "Atatürkün adını çəkmə, oyununu oyna, pulunu al!"
"Qalatasaray"ın baş məşqçisi ilə hücumçusu cəzalandırılıb
Mourinyo: “Bilmirəm nə qədər xal toplamalıyıq, ancaq..."
YAŞI 70-i ÖTMÜŞ İCRA BAŞÇILARI: onlar kimdir və... - Deputatlardan yayılan xəbərə reaskiya
İsrail Livan-Suriya sərhədindəki məntəqəni bombalayıb - Ölənlər var
Azərbaycan neftinin qiyməti 80 dolları ötdü
Kriminal avtoritet İstanbulda polislə atışmada belə öldürüldü - Bir polis isə yaralanıb (FOTOLAR)
Füzuli sakini narkotiklə tutulub
Zakir Həsənov Türkiyəyə yollanıb - Yaşar Gülerin dəvəti ilə
AK Partiya, yoxsa CHP? - Daha bir sorğunun nəticəsi elan olunub
UEFA Avropa Liqası: "Fənərbağça" bir xal aldı, "Beşiktaş" isə evində darmadağın oldu
Konqoda qayıq batıb: 81 nəfər ölüb
Livanı itkisini açıqladı: iki əsgər həlak olub, biri yaralanıb
"Ermənistan kütləvi məzarlıqların yeri ilə bağlı bütün tarix və məlumatları gizlədir" - Hikmət Hacıyev
Lion meriyası “Beşiktaş”lı azarkeşlərə qadağa qoyub - İstanbul klubu UEFA-ya şikayət edib
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
Burak Yılmazın yerinə Sinan Kaloğlu gətirilib - Klubdan açıqlama
Bayden İranın neft zavodlarına zərbə ehtimalını yüksək saydı: "Hazırda bunu müzakirə edirik" - "Qara qızıl" sürətlə bahalaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BMT: "Qəzzada məcburi köçkünlərın sığındığı 6 məktəb binası vurulub"
“İdman Azərbaycan”ın direktoru vəzifədən çıxarılıb
Avropa Liqası: "Qalatasaray" zəif rəqibi ilə oyunda vacib xal itirib
AZƏRBAYCANLA RUSİYA ARASINDA YENİ İŞÇİ QRUPU YARADILDI - Nazir müavinləri həmsədrlər təyin olundu
İstanbul boğazında iki nəhəng gəmi toqquşub
Mərkəzi Xəstəxanaya direktor təyin olunub
Prezident İlham Əliyev Zəngilanda - Yenilənir
“Hərbi xidmətkeçmə haqqında” qanun dəyişir
Generalın qızı sürücülük hüququndan məhrum edilir? - Məhkəmə işi
BAKDIA DAHA BİR "ZƏNG DƏLƏDUZLUĞU": "Gəlinin qəzaya düşüb, pul göndər..." - Bakı sakinlərini aldadan əcnəbi fırıldaqçı qandallandı (VİDEO)
İsrailin böyük planı: üç ölkənin ələ keçirilməsi və ya yerində yeni dövlətlərin yaranması... - TƏHLİL
Burak Yılmazı kim əvəzləyəcək? - "Kayserispor" baş məşqçi axtarır
Türkiyənin "havada gözü" olan "ALP 100-G" sərgiyə çıxarılıb - FOTO
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatı artıb - Bir həftə içində bir milyard dollar...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Onları Azərbaycanda görmək kimi bir niyyətimiz və öhdəliyimiz yoxdur" - Rəsmi Bkıdan AŞPA-a belə ismarıc verildi
4 dairədə üzvlər vəzifədən azad edilib - MSK qərar verdi
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıya gəlib
Tribunainfo.az 15 illik yubileyini qeyd edir
Bakıda yürüş keçiriəcək - BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə
Lənkəran prokuroru təqaüdə göndərilib
“Araz-Naxçıvan”ın faktiki rəhbəri Zaur Axundovu bir işarəsindən anlayır" - Baş redaktordan şok iddia
Tərtərdə qətl: 50 yaşlı şəxs öldürülüb (Yenilənib)
"Qarabağ" klubu açıqlama yayıb