Rıza Çalımbay və Aboubakar "Atakaş Hatayspor"la anlaşıb

img

09-09-2024 [00:02]


Türkiyə superliqsında çıxış edən "Atakaş Hatayspor" yeni baş məşqçi ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub Özhan Pulatldan boşalan posta təcrübəli baş məşqçi Rıza Çalımbayı gətirib.

Məlumata görə, klub onunla bir illik müqavilə imzalayıb.

Bu barədə "Hatayspor"un yaydığı məlumatda Rıza Çalımbaya uğurlar arzulayıb.

Yeri gəlmişkən, "Hatayspor" baş məşqçi ilə yanaşı, "Beşiktaş"ın kamerunlu hücumçusu Vinsent Aboubakarla da anlaşma əldə edib.

Xəbərdə deyilir ki, klub kamerunlu hücumçuya illik bir miyon dollar ödəyəcək.

Qeyd edək ki, Vinsent Aboubakar "Beşiktaş"ın heyətində 117 matçda 60 qol vurub, 14 məhsuldar ötürmə edib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 15.10.2024

Sabah yağış yağacaq