"Qalatasaray" hazırlıq matçında rəqib qapısına 8 qol atıb

img

09-09-2024 [00:06]


Millinin oyunlarına görə Super Liqada yaranan fasiləni maksimum dəyərləndirən "Qalatasaray" hazırlıq oyunu keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" "Esenler Erokspor"la yoldaşlıq görüşündə 8:3 hesabı ilə qalib gəlib.

Məlumata görə, "Qalatasaray" matça Günay Güvenç, Davinson Sançez, Eyüp Aydın, Berkan Kutlu, Efe Akman, Lucas Torreira, Gabriel Sara, Yunus Akgün, Yusuf Demir, Dries Mertens və Michy Batshuayi 11-lə meydana çıxıb.

Və atılan 8 qoldan 3-nü Batşuayi, qalanlarını isə Sara, Yusuf Dəmir, Torreira, Mertens və Halil Dərvişoğlu vurublar.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 15.10.2024

Sabah yağış yağacaq