Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-09-2024 [00:06]
Qoç - Ötən günlərin problemlərinin fəsadlarını aradan qaldırın. Ruhdan düşməyin, aktiv olun. Pozitiv düşüncə çətinliklərin effektiv həllinə imkan verəcək. Fiziki və mənəvi qüvvələrinizi bərpa edə bilərsiniz.
Günün ikinci yarısında fəal olun. Ünsiyyət çevrənizi genişləndirə bilərsiniz. Yeni tanışlarla ehtiyatlı olun. Onlar barədə layiq olduqlarından yaxşı düşünməyin. Yeni maraqlar və ideyalar yarana bilər.
Axşam saatları pozitiv emosiyalar zamanıdır.
Buğa - Maraqlandığınız işlərlə məşğul olun. Haqqınızı tapdalayan və ya hüquqlarınıza müdaxilə edən insanın cavabını verin. Ərazinizə kimsə soxularsa, onu qovub çıxarın. Qorxaqlıq etməyin, cəsarətli davranın. Yaxın ətrafınızdakı insanlar qüvvənizi boş yerə sərf etdiyinizi desələr də, bu adamlara qulaq asmayın.
Siz əla bilirsiniz ki, deyilənlər əsassızdır.
Faydalı vərdişlərin sayını artırın.
Günün ikinci yarısında pulları necə gəldi, xərcləməyin. Bədxərclik etməyin. Axşam saatlarında evdən kənarda istirahət edin. Bir qədər relaksa dalın, gəzintiyə çıxın.
Əkizlər - Günün ilk yarısı çətin və qarışıq zamandır. Sizə sakit işləməyə imkan vermir, diqqətinizi yayındırırlar. Tək qalmalı, müstəqil işləməli, yaşananları təhlil etməlisiniz. Narahatlıq apogey nöqtəsinə çatanda yaxın ətrafınızdakı insanlardan uzaqlaşın.
Günün ikinci yarısında realist, praqmatik olun. Uğurlu zamandır və bunun da səbəbkarı sizsiniz. Birgə fəaliyyətdə olduğunuz insanlarla təmaslarda həssas və diqqətli olun. Ruhdan düşənlərə ürək-dirək verin. Sizinlə ünsiyyətə can atanlar az deyil.
Xərçəng - Günün ilk yarısı uğurludur. Diqqətin maksimum yönəlməsini tələb edən ciddi işlə məşğul olmaq mümkündür. Bununla yanaşı, izafi intellektual və fiziki səyləri ehtiva etməyən cari, rutin işlər də pis keçməyəcək.
Bir çox işlər asanlıqla alınacaq. Yaxın ətrafınızdakı insanları üstələyin.
Günün ikinci yarısında işgüzar fəaliyyət müstəvisi və ya maliyyə məsələlərində çətinliklər yarana bilər. Münaqişəyə, yaxud da münasibətlərin tam kəsilməsinə yol verməyin.
Emosional davranmayın.
Şir - Günün ilk yarısında maraqlı və önəmli işlə məşğul olmağa başlasanız, vaxtınız pis keçməyəcək. Baş verənlərə rəğmən əhvalınızı korlamayın. Tənbəllik və süstlük etməyin. Belədə yaxın ətrafınızdakı insanlar sizi sərt tənqid edəcəklər. Üstəlik, bədbinliyə qapıla bilərsiniz.
Günün ikinci yarısı yaşamınızda gözlənilən dəyişikliklər üçün əlverişlidir. Fəaliyyət arealının yenilənməsi, köç və ya təmirə başlamaq olar. Alış-veriş zamanı elə nəsnələr alın ki, onlardan ailənin bütün üzvləri istifadə edə bilsinlər. Axşam saatları səfər və ya evdən kənar görüş üçün münasibdir.
Təmas qurmaq istədiyiniz insanı qonaq çağırın.
Qız - Mühüm saydığınız işlərdə uğurlar olacaq, əlverişli zamandır. Sevdiyiniz insanlarla münasibətlərdə həssas və qayğıkeş olun. Münaqişə, ixtilaf və mübahisələri unudun. Yeni, ümumi maraqlar yaranacaq.
Dəyər verdiyiniz insanı sevindirməyə çalışın.
Günün ikinci yarısında səfər və ya səyahətdə ehtiyatlı olun. Alov, kəsici alətlərlə çalışanda sərvaxt davranın. Kiçik, amma xoşagəlməz travmalar riski var.
Borc götürməyin. Həmin borcun qaytarılması ilə bağlı problemlər yaranacaq.
Tərəzi - Bilik və bacarıqların artırılması, dünyagörüşünün genişləndirilməsi üçün münasib zamandır. Yeni informasiyaları çətinlik çəkmədən əxz edirsiniz. Önəmli məlumatı yadda saxlayın.
Praktik olun, praqmat davranın. İndiyədək bacarmayacağınızı düşündüyünüz işin öhdəsindən gələcəksiniz.
Günün ikinci yarısında bir qədər hiyləgər davranın, fəndgir olun. Yeni tanışlıqlara can atmayın. İllüziyalar və emosiyaların tələsinə düşə bilərsiniz.
Əqrəb - Mühüm və ciddi işlə məşğul olmaq üçün əlverişli zamandır. Bir qədər əvvəl hazırladığınız, amma reallaşdırmadığınız planların gerçəkləşdirilməsinə başlamaq olar. Yaranan situasiyalardan asılı olmayaraq məntiqli davranın. Nə deməyi və nə etməyi bilin. Sizi çoxdan tanıyan, amma yetərincə dəyərləndirməyən insan fikrini dəyişəcək. O, yaxşı tərəfdaş və etibarlı müttəfiqə çevrilə bilər.
Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yarana bilər. Ağır fiziki işlə məşğul olmayın. Axşam saatları sağlamlıq prosedurları üçün əlverişli zamandır.
İmkan varsa, normal istirahət edin.
Oxatan - Çətinliklər barədə çox düşünməyin, özünüzü ruhdan salmayın. Günün vəd etdiyi imkanlardan yararlanın. Doğrudur, bütün problemləri dərhal həll etmək mümkün olmasa da, qətiyyətli olun, ardıcıl fəaliyyət göstərin. Bunun sayəsində yaxşı nəticələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla aranızdakı münaqişələri aradan qaldırın. Mübahisələrə qatılmayın. Dəyər verdiyiniz insanlarla ünsiyyətdə problemlər yaratmayın. Doğrudur, mülayim davranışınız və güzəştə meylli olmağınızdan istifadə etmək istəyənlər olacaq.
Sayıqlığı əldən verməyin.
Oğlaq - Asan olmayan qərarlar qəbul etmək zamanıdır. Yaranmış situasiyanı diqqətlə təhlil edin. Durumun mənfi və müsbət yönlərini dəyərləndirin. Heç nə özbaşına dəyişən deyil. Fəaliyyətə başlayın, aktiv olun.
Müstəqil işləyin, plan qurun və onu həyata keçirməyə çalışın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların məsləhətlərinə tam əməl etməyə can atmayın. Mühüm qərarları özünüz verin, bildiyiniz kimi davranın.
Məsləhətlər sizə yardım etməyəcək. Maliyyə baxımından pis gün deyil. Dəyər verdiyiniz insanı çoxdan bəri narahat edən problemi həll edə biləcəksiniz.
Dolça - Müsbət təmayüllərin təsiri güclənəcək. Bədxah və ya rəqiblər istəsələr belə, işlərinizə mane ola bilməyəcəklər. Çoxdan bəri görmək istədiyiniz, darıxdığınız insan barədə xoş xəbər alacaqsınız. Bir zamanlar güclü hisslər bəslədiyiniz fərdlə görüş də istisna deyil. Qırılmış əlaqələri, sərinləmiş münasibətləri bərpa etmək olar.
Günün ikinci yarısında mühüm və təxirəsalınmaz işlərin görülməsi üçün əlverişlidir. Xoş, amma faydasız işlərlə məşğul olmayın. Yaradıcılıq fəaliyyətində uğurlar istisna deyil. Axşam saatlarında arzularınızdan birini reallaşdıra bilərsiniz.
Balıqlar - Günün ilk yarısı maraqlı və xoş zamandır. Yaxın ətrafınızdakı insanlar barədə yeni məlumatlar əldə edəcəksiniz. Bacarıq və biliklərinizi nümayiş etdirin. Ötən günlərdə yaranan ixtilaflar və münaqişələri sonuclandırın. Dəyər verdiyiniz insanların qəlbini qırmayın.
Günün ikinci yarısında romantik təmaslar istisna deyil. Birgə çalışdığınız insanın plan və niyyətlərindən xəbər tutun. Ünsiyyət qurmaq istədiyiniz şəxsdə özünüzlə bağlı xoş təəssürat yaratmağa səy göstərin. Məişət problemlərini ailə üzvləri ilə birlikdə çözün. Sevdiyiniz insanın yaşamını daha da rahat edin.
Milli.Az
Elmdə yerlipərəstlik, nazirin replikası, qocanın qohumbazlığı və... - Sabqi deputat yazır
Bakıda müğənni bıçaqlandı
“akart” geniş fəaliyyətə başladı!
AHİK-in sanatoriyaları: imkanlar genişlənir, böyük pullar xərclnir, anacq... - RƏYLƏR
"Neftçi"nin düşmənləri: onlar kimdir?
"Neftçi" Futbol Klubunda vəzifə davası başlayıb
Samir Abasov "Neftçi"nin yeni baş məşqçisi təyin olunub
Azərbaycan neftinin qiyməti 3 dollardan çox ucuzlaşdı
Şimali Koreya Cənubi Koreya ilə nəqliyyat xətlərini kəsdi - Asiya bölgəsi aktiv savaş astanasına gəlib
İranda saxta spirtli içkidən zəhərlənmə: 21 nəfər ölüb, 3-ü qadındır - 263 nəfər isə xəstəxanaya yatırılıb
Livanın son 24 saatdakı itkiləri açıqlandı
Ərdoğan Berdiməhəmmədovla telefonda danışıb - Nələr müzakirə olunub?
Hadrutun işğaldan azad olunmasından 4 il ötür
"İsrail Türkiyəyə hücum etməyəcək, bu, Ərdoğanın daxildəki problemlərdən diqqəti yayındırmaq üçün oyunudur"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvan MSK sədri vəfat edib
Salyanda qəza: 38 yaşlı polis əməkdaşı həyatını itirib
Rusiyada məşhur mesajlaşma proqramına qadağa qoyulub - Səbəb
Deputat AzTV-yə hər gün 230 ədəd sendviç satacaq
İsrail Livanın şərqinə növbəti zərbə endirib: 3 nəfər ölüb
PAŞİNYAN MOSKVADA: "Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır" - "Biz bütün kommunikasiyaları açmağa hazırıq"
Azərbaycan liderindən Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi haqda - Açıqlama
Hikmət Hacıyev Moskvada Rudenko ilə görüşüb - Nələr müzakirə olunub?
Kamran Əliyev prokurorları topladı - Kollegiya iclası + FOTOLAR
Azərbaycanın COP29 hədəfləri: yaxın və uzaq perspektiv
Zəlzələ, yoxsa yeni nüvə silahının sınağı? - İrandakı 4,6 bal gücündəki seysmik hadisənin iziylə... (TƏHLİL)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Mərc oyunlarından hər kəs uzaq dursun" - Hüquqşünas
Atatürkün heykəlini çəkiclə zədələyən şəxs saxlanılıb
Ailə üzvlərini öldürən Əhmədin qandonduran ifadəsi elan olunub: "Əvvəl atamı öldürmək qərarına gəldim..."
İstanbulun barajlarında suyun səviyəsi xeyli azalıb - Bəzi göllər isə qurumaq üzrədir
Rusiya MN: "Donetskdə daha iki qəsəbəni nəzarətə götürdük"
Hidayət Türkoğlu yenidən TBF prezidenti seçilib
Usamə Bin Ladenin oğlunun Fransaya girişi qadağan edilib - DİN başçısı səbəbi açıqladı
Bu deputatlar işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Siqareti yerə atanlar 700 manatadək, maşından zibil atanlar isə 4 min manatadək cərimələnəcək - Yeni qanun MM-də ilk oxunuşdan keçdi
Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyası: üzvlərin təyinatı və müddəti... - Qanun dəyişir
Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlandı, saxlanılanlar var - FOTOLAR
İsfahanda partlayış niyə olub? - İran yeni müdafiə silahını sınaqdan çıxardığını deyir
"Hizbullah" İsrailin şimalındakı hərbi obyektlərə zərbələr endirib