Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və... - VİDEO

img

06-09-2024 [17:45]


Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun xidməti avtomobili kameraya düşüb. 

Mia.az Avtosfer.az-a istinadla xəbər verir ki, videogörüntü sentyabrın 4-də, paytaxtın Qurban Abbasov küçəsində qeydə alınıb.

Belə ki, icra başçısına məxsus 10-AA-008 qeydiyyat nişanlı avtomobili idarə edən sürücü sözügedən küçədə ikinci cərgədə park edərək hərəkətə mane olub.

Onun sağında dayanan digər avtomobil isə sürücü ilə söhbət edərək yolda hərəkəti tam məhdudlaşdırıb.

Qeyd edək ki, ikinci cərgədə dayanma-durma qaydasının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 15.10.2024

Sabah yağış yağacaq