İstanbulda dənizdə böyük dağıdıcı gücə malik partlayıcı tapılıb - FOTOLAR

img

06-09-2024 [00:08]


İstanbulun  Arnavutköy bölgəsində qayığı ilə dənizə çıxan balıqçı  böyük dağıdıcı gücə malik partlayıcı tapıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, balıqçı tapdığı nəhəng bombanı qayığına bağlayaraq sahilə çəkib.

Hadisə barədə dərhal polisə məlumat verilib.

Məlumata görə, qısa zamanda hadisə yerinə gələn təhlükəsizlik qüvvələri bombanın həcmini gördükdən sonra ərazini insanlardan boşaldıblar: "Hətta yaxınlıqdakı restoranı da boşaltdılar. 4-5 saat çəkən əməliyyatla bomba zərərisz hala gətirildi. İçində partlayıcı olan çox böyük paket idi".

Rəsmilər bombanın hadisə yerinə necə atılmasını araşdırırlar.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.09.2024

Sabah yağış yağacaq