Şimali Koreya qonşu ölkəni zibilxanaya döndərməkdə qərarlıdır - Yenə yüzlərlə "zibil balon"ları göndərilib

img

05-09-2024 [18:09]


Cənubi Koreya Şimali Koreyanın bir-birinin ardınca ölkəyə içərisində zibil olan yüzlərlə şar göndərməkdə ittiham eləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahı bəyanat yayıb. 

Bildirilib ki, Pxenyan rəhbərliyi dünən və bu gün ölkəyə yüzlərlə zibil balonu yönləndirib: "Son iki gündə Şimaldan ölkəmizə içərisində kağız və plastik butulkalar olan təxminən 480 zibil dolu şar göndəriblər. Bunların əksəriyyəti paytaxt Seulin  Gyeonggi bölgəsinə düşüb".

Qərargah vətəndaşlara müraciət edərək, balonlara əsla toxunmamağı tövsiyə edib.

Xatırladaq ki, iki ölkə arasında “zibil balon" gərginliyi aylardır davam edir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.09.2024

Sabah yağış yağacaq