Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
04-09-2024 [00:02]
Qoç - risk və avantüralara qatılmayın. Macəra arayışları üçün əlverişli gün deyil. Ehtiyatlı olun, fəaliyyətinizdə detallara diqqət yetirin. Sizin üçün önəmli biznes-layihə ilə bağlı məlumat əldə edə bilərsiniz. Alınan məlumatlar qarışıqdır. Durumu aydınlaşdırın. Təhlilləri ertələməyin.
Günün ikinci yarısında maliyyə çətinlikləri yarana bilər. Alış-verişdə bahalı heç nə almayın.
Problemlərinizi yaxınlarınızla bölüşün. Ümumi məqsədləri müzakirə etmək olar. Sevdiyiniz insanla təmaslarda səbrli və qayğıkeş olun. Belədə münaqişələrin yaranmasının qarşısını ala bilərsiniz.
Buğa - ötən həftənin sonlarında qurduğunuz planlardan imtina etməyin, onları həyata keçirməyə çalışın. Şərait ağır, şərtlər çətin olsa da, niyyətinizi gerçəkləşdirməyə can atın. İndiyədək sizdən uzaq duran və işlərinizə maneələr yaradan insandan yardım ala bilərsiniz.
Günün ikinci yarısında çətin situasiyalar yaranacaq.
Maliyyə məsələlərinin həlli üçün münasib zaman deyil. İşgüzar təmaslarla şəxsi münasibətləri qarışdırmayın. Yeni layihələrə başlamayın.
Əkizlər - peşəkar fəaliyyətlə bağlı önəmli qərar qəbul etməlisiniz. Az, yetərli olmayan məlumat əldə etsəniz belə, dayanmayın. İrəliləyin, hərəkətdə olun. Kommersiya və ya bizneslə məşğul olanlar üçün yaxşı zamandır. Uzunmüddətli, sərfəli anlaşmalara nail olmaq mümkündür.
Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yaranacaq. Çətinliklər və müşküllərin öhdəsindən gəlmək üçün yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Dəyər verdiyiniz şəxslərlə münaqişəyə başlamayın. Qəfil səfər ola bilər. Axşam saatlarında romantik təmaslar istisna deyil.
Xərçəng - gün pis keçmir. Problemləri vaxtında həll etməyə çalışın. Dürüst qərarlar qəbul edin. Etibar etdiyiniz insanlarla çalışın. Bədxah və rəqiblərə sizi tələyə salmalarına imkan verməyin.
Günün ikinci yarısında işdə kiçik anlaşılmazlıqlar və probelmlər yarana bilər. Kimsənin xətrinə dəymədən mövqelərinizi müdafiə edin.
Fəaliyyət sahəsinin dəyişməsi və ya yeni iş yeri ilə bağlı maraqlı təklif ala bilərsiniz. Axşam saatlarında sevdiyiniz insanla ünsiyyət saxlayın. Hər ikiniz üçün mühüm məsələləri müzakirə edin.
Şir - səbrli, soyuqqanlı olun. Sürətli, tez qələbələrin olacağına bel bağlamayın. Sizi narahat edən suallara yalnız bir neçə gün sonra cavab ala biləcəksiniz. Maraqlarınızı qətiyyətlə müdafiə edin.
Belə davranış yaxın ətrafınızdakı insanlardan təqdir və dəstək almağınızı təmin edəcək.
Günün ikinci yarısında rəqiblərinizi üstələməyə, yeni və nüfuzlu tərəfdaş tapmağa çalışın.
İşgüzar və romantik təmaslar pis olmayacaq. Alış-verişdə bədxərxclik etməyin.
Qız - müsbət təmayüllərin təsiri güclüdür. Yaxşı tanımadığınız insanlara etibar etməsəniz, işlər pis alınmayacaq. Ünsiyyətdə diqqətli və sərvaxt olun. Ətrafınızdakı insanlarla dil tapmağa çalışın.
Günün ikinci yarısında işgüzar intuiasiyanız iti olsun. Anlaşma və müqavilələrin sərfəli olmasına çalışın. Qəfil gəliri yaxşı dəyərləndirin.
Şəxsi münasibətdə problemlər, sevdiyiniz insanla ixtilaf ola bilər. Yaşamınızla bağlı önəmli qərar qəbul etməzdən öncə hisslərinizi anlamağa cəhd göstərin. Tələsməyin. Tələskənliyə lüzum yoxdur.
Tərəzi - qarışıq, laübəli gündür. Ciddi çətinliklər yaranır. Ünsiyyət müstəvisində gərgin anlar yaşanacaq. Rəğbət bəsləmədiyiniz insanlarla birlikdə işləməli olacaqsınız.
Tənqidə həddən ziyadə sərt, aqressiv reaksiya verməyin. Neqativ emosiyalarınızı gizlədin. Səbrli olun.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Uğurlu və xoş təsadüf yaşamınızdakı müsbət dəyişikliklərin bünövrəsini qoya bilər. Maraqlı ideyalar yaranacaq. Axşam saatlarına yaxın bir sıra problemlərin öhdəsindən gələcəksiniz.
Əqrəb - ağır və yorucu işdən çəkinməsəniz, uğur qazana bilərsiniz. Bəli, bu gün məqsədə çatmaq üçün çox çalışmalı olacaqsınız. Amma buna dəyər. Əvvəla, işinizə görə mükafat və ya ödəniş pis olmayacaq. Eyni zamanda yaxın ətrafınızdakı insanların rəğbətini qazanacaqsınız. Həmin məqam hələ çox karınıza gələcək.
Gününi ikinci yarısında dostlarla kiçik fikir ayrılıqları, ailə üzvləri ilə mübahisələr mümkündür. Münaqişəyə yol verməməyə çalışın. Sülhü qoruyun və buna nail olun. Səylərin bir araya gətirilməsi istənilən problemin daha sürətlə həllinə imkan verəcək. Tənha, müstəqil işləməyin.
Günün sonunda gəlir və ya dəyərli hədiyyə istisna deyil.
Oxatan - iş üçün əlverişli zamandır. Sizi mürəkkəb və mühüm işlər gözləyir. Yaranan problemlərin öhdəsindən gəlmək üçün aktiv olun. Süstlük və tənbəlliyə qapılmayın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün maksimum səy göstərin.
Enerjili, qətiyyətli davranın. Yalnız belə olarsa, çətin məsələlərin öhdəsindən gələ bilərsiniz.
Günün ikinci yarısı kiçik anlaşılmazlıqlar istisna deyil. İtkilərsiz ötüşmək mümkün deyil. Ruhdan düşməyin, nikbin olun.
Ailədə münasibətlər yaxışalacaq. Fikir ayrılıqları və mübahisələrə son qoymaq üçün əlinizdən gələni edin.
Oğlaq - tələskənliyə yol verməyin, düşünülməmiş qərarlar qəbul etməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün maksimum səy göstərin. Əvvəllər başlamış işləri başa vurun. Yarımçıq iş saxlamayın.
Süstlük edərək yerinizdə saymayın.
Günün ikinci yarısında neqativ emosiyalar yaxşı heç nə vəd etmir.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək.
Mühüm işgüzar danışıqların aparılması, peşəkar fəaliyyət və karyera ilə bağlı məsələlərin müzakirəsi üçün əlverişli zamandır.
Axşam saatlarında darıxmayacaqsınız.
Dolça - mübahisələrə qarışmayın. Aşkar qarşıdurmalarda iştirak etməyin, ixtilaflara qatılmayın. Nə qədər soyuqqanlı və təmkinli olsanız, işlərinizdə bir o qədər uğur qazana bilərsiniz.
Məhsuldar fəaliyyət göstərin. Aşkar qarşıdurmadan çəkinin.
Günün ikinci yarısında qarşınıza qoyduğunuz məqsədlərə hiyləgərlik, fəndgirlik və bicliklə nail olun.
Yaşamınızda müsbət dəyişikliklər mümkündür. Dəyər verdiyiniz insanlarla təmaslarda qayğıkeş, həssas olun.
Axşam saatları maliyyə çətinlikləri vəd edir. Məntiqli və soyuqqanlı olun. Alış-verişdə bədxərlik etməyin.
Balıqlar - gün o qədər məhsuldar olmasa da, pis deyil. Maraqlı görüşlər, bundan sonrakı yaşamınızda müəyyən rol oynaya biləcək insanlarla tanışlıqlar istisna deyil.
Yeni maraqlar və ya layihələr yarana bilər. Dünyagörüşünüzü artırın, yeni nə isə öyrənin.
Günün ikinci yarısında yaradıcılıq potensialı yüksək olacaq. Mürəkkəb işə başlayırsınızsa, təxəyyülü işə salın. Nəticə sizi pərişan etməz. Uzunmüddətili planlar qurun. Yeni müttəfiqlər və dostların sayəsində həmin planları reallaşdıra bilərsiniz.
Milli.Az
Prezident “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev "Diriliş Ertuğrul"un "Ertuğrul bəyi"ni təltif edib - Açıqlama
Növbəti iki gündə yağış və qar yağacaq
MƏŞHUR HƏKİMİN ADI 1 MİLYONLUQ DƏLƏDUZLUQ İŞİNDƏ HALLANDI: "Hər müayinədə 2500 alır, deyirdi ki..." - Məhkəmə prosesi
"Rektor əvəzi rəhbərlik etdiyi unversitetdə həm tələbəlik edir, həm də..." - Jurnalist yazdı, qarşı tərəf belə reakisya verdi
Azərbaycan və Slovakiya arasında ikiqat vergitutma ləğv olunub
DİM sədri: "Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür"
Azər Qasımlı ev dustaqlığına buraxılmadı
Azərbaycan Ordusunun əsgəri vəfat edib
Bakıda mənzildə partlayış olub
Bir gecəlik intim əlaqəyə 5 milyon dollar? - Aktrisa Türkiyəni sarsan iddia ilə bağlı prokurorluğa gülə-gülə getdi, ağlayaraq çıxdı (FOTO)
Türkiyədə saxta pasport hazırlayanlar saxlanılıb - 4 rayonda...
Sabah yağış və qar yağacaq
İlham Əliyev Baş katibi qəbul edib - FOTO (Yenilənib)
Şuşa, Xocalı və Xocalıya növbəti köç olub
“Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi ilə bağlı qalmaqallı məhkəmə işi: "Siz məni tanıyırsınız?" - "Pullar Tahir Qədəşovdadır"
Yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli: Əhali bu bankdan kütləvi şikayət edir
Keçmiş mətbuat katibinnn oğlu özünü 17-ci mərtbədən atdı - FOTO
BU QURUMLARA PUL AYRILIDI - Sərəncam verildi
Türkiyədə daha bir kriminal dəstə çökdürülüb - Nazir əhaliyə "Siz şikayət edin, biz təıdbir görək" xəbərdarlığını etdi
İstanbulda ictimai nəqliyyatda gediş haqqı bahalaşıb
BQXK Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkiblər
Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub
İzmirdə FETÖ əməliyyatı: daha 17 nəfər həbs edilib
Türkiyə kəşfiyyatı iranlı qondarma təşkilat qurucusu və mühafizəçisini zərərsizləşdirib - İraqda
"Lalə Şövkətin oğlu Lalə xanımın adından yalan danışır” - Əvəz Temirxandan Sidqi Şövkətə sərt etiraz gəldi, qalmaqal böyüyür
Deputatın şirkətini cərimələdilər
"İsa Qəmbərə 112 manat təqaüd verirlərsə, mənə nə verməlidirlər?” - Partiya sədri pensiyadan gileyləndi, DSMF şəxsi sirri açdı
Hüseynbala Mirələmovun səhhətində problem yaranıb? - "Hazırda Türkiyədə xəstəxanadayam"
Öcalan ev dustaqlığına buraxılır? - Ərdoğan suala belə cavab verdi
Qəzzada 2 ev bombalanıb - 18 fələstinli həlak olub, yaralılar var
"Taliban" Quantanamodakı əfqanların azadlığına çalışır: "ABŞ-a məhbus mübadiləsinə hazır olduğumuzu dedik, lakin..."
MN: "Goranda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək"
Xətaidə 42 yaşlı Seymur Əliyev saxlanılıb - 33 kiloqram narkotiklə
Əli Əsədov qərar imzalayıb
Bərdədə silah satmaq istəyən şəxs saxlanılıb
Məşhur aktyorun adı ilə sensasion dələduzluq: dizayner necə "tora" alınıb? - 830 min "havaya uçub" (FOTO)
Cənubi Koreya prezidenti 7 saatlıq əməliyyatla saxlanılıb - Cangüdənlərlə polis toqquşub
Azərbaycan neftinin son qiyməti açıqlandı
Bakıda icra başçılarına qadağa qoyulub - Nə baş verir?
Dövlət işə qarışdı, dünyanın ən böyük şirkətininn hasil etdiyi qızıllara həbs qoyuldu - Kanada şirkəti bəyanat yaydı
Cəlilabadda əməliyyat: 28 yaşlı rayon sakini tutulub
SEC Maska qarşı iddia qaldırıb - 150 milyonliuq iddianın detalları
Rəsmi Bakıdan ABŞ səfirinin Bəxtiyar Hacıyevlə bağlı sözlərinə reaksiya: "...bu, daha çox siyasi maraqlara əsaslanır”
Gürcüstanın sabiq baş nazirini döyüblər
İsrail Qəzzada xəstəxananı mühasirəyə alıb - Yaralılar var
ABŞ-ın büdcə kəsiri azalıb - Hesabat