Şadlıq evlərində qiymətlər "havada uçur" - Bir masa 450 manat... (AÇIQLAMALAR)
03-09-2024 [12:03]
Bu gün Hicri-qəməri təqviminə görə, Məhərrəmliyin son ayı olan Səfər ayı bitir. Bu isə Azərbaycanda toy mərasimlərinə davam anlamına gəlir.
Ailə qurmağa hazırlaşan cütlükləri maraqlandıran əsas məsələlərdən biri də şadlıq saraylarının mövcud menyu qiymətləridir. Bakıda menyusu 65 manatdan tutmuş 450 manata qədər xidmət təklif edən şadlıq evlərinə rast gəlinir. Qiymətlərin formalaşmasına isə müxtəlif amillər təsir göstərir.
Mia.az-ın məlumatına görə, Musavat.com-un əməkdaşı Bakının ən bahalı və müştəriləri çox olan şadlıq evlərinə zəng edib qiymətlərlə maraqlanıb.
İlk olaraq “Neolit Hall” şadlıq sarayı ilə əlaqə saxladıq. Şadlıq sarayından bildirildi ki, 5 zal var. Qiymətlər zala görə dəyişir. Menyunun qiyməti 130-160 -250 manat arası dəyişir. Sifarişlər isə çoxdur. Restorandan bununla bağlı sualımıza “heç boş yer var ki?”, - deyə cavab verildi.
750 nəfərlik qonağı qarşılamağa hazır olan “Grand Neon”da menyu qiymətləri 65 manatdan başlayır. Bu şadlıq evinin ən bahalı menyusu 210 manat təşkil edir.
500 nəfərədək qonağa xidmət göstərən “Mona liza”da isə qiymətlər 80-110-140 manat aralığında dəyişir.
600 nəfərlik zalla xidmət göstərən “Alp Saray”da qiymətlər 90-120-160 manat aralığındadır.
“Çıraq Palace” şadlıq sarayında qonaqlar üçün 650 nəfərlik zal mövcuddur. Burada qiymətlər 65 manatdan başlayaraq 85-100-120 manata qədər çıxır. Şadlıq sarayından bildirilib ki, orada daha çox keyfiyyətə üstünlük verilir.
“650 nəfərlik zalımız var. Qonaqları rahatlıqla, ara məsafəsi ilə yerləşdirə bilirik. Bizim üçün məmnuniyyət və keyfiyyət vacibdir”.
“Böyük saray”da qonaqların sayı 500 nəfərdən çox olarsa, 200 manatlıq menyu qiyməti tapmaq olar. 300 və 800 nəfərlik zallara malik olan sarayda ən bahalı menyu qiyməti 400 manat təşkil edir.
Paytaxtın ən bahalı şadlıq saraylarından biri də “Sapfir saray”dır. 650 nəfərlik tutumu olan sarayda ən ucuz menyu qiyməti 120, 160 manat, ən bahalı menyu qiyməti isə 450 manatdır. Bundan əlavə, toy sahiblərinin istəyinə uyğun olaraq burada 180-200-250-320 manatlıq menyu qiymətləri də təklif olunur.
“Niel” şadlıq sarayında menyu qiymətləri 100-160 manat arası dəyişir. Saraydan bildirilib ki, ərzaqların bahalaşması menyu qiymətlərinin artmasına səbəb olub.
“Əvvəllər qoyun ətini 15 manata alırdıqsa, indi 20 manat 50 qəpikdir. Bizim sarayda toyuq, kolbasa verilmir. Balığın müxtəlif çeşidlərini təklif edirik ki, bu da qiymətlərə təsir edir. Yerlərimiz doludur, sifarişlərimiz var.
“Buta Palace”da da menyu qiymətləri zala görə dəyişir. Kiçik zala 140 manat, böyük zala isə 270 manat ödəyə bilərsiniz.
700 nəfərlik qonağı qarşılaya bilən “Ay İşığı” şadlıq sarayında isə qiymətlər 100-120-150-200 manat aralığında dəyişir.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, şadlıq sarayları pərakəndə qurum deyil. Bir-biri ilə əlaqəsi olan qurumdur. Onlar çox asanlıqla qiymətləri müəyyən edirlər: “Qiymət tələb və təklifə görə müəyyənləşir. Hazırda tələb təklifi üstələyir. Nə qədər ki, valideynlər "övladımın universitetə daxil olmasını görəydim" demir, əvəzində toyunu görməsini arzulayırsa və insanlar primitiv düşüncə ilə yaşayırlarsa, bu biznes inkişaf edəcək. Mən musiqiçilər, bu sahənin adamları ilə çox söhbət etmişəm.
Şadlıq sarayında toy etmək istəyən insan elə bilir ki, müqavilə bağladısa, şadlıq sarayının sahibi ondan ötrü əl-ayaqdan gedəcək, ona yaxşı bir toy edəcək. Ancaq anlamırlar ki, hər bir saniyə ona hesablanıb ki, insanlar restorandan tez çıxıb getsinlər. Otağın temperaturu, akustikanın olmaması, ofisiantların hərəkətləri bunu deməyə əsas verir. Hər şey insanların maddi baxımdan soyulmasına yönəlib. Dəfələrlə ev yiyələri bizə şikayət edib, pul qaytartmışıq. Bu məsələ artıq insanların şüuruna oturub. Bir dəfə şadlıq saraylarından birinə getdim. Dəhşətə gəldim. Dedim, ilahi, bu layihəni kim düşünüb. Haradan biliblər ki, insanlar belə şeyə aludədirlər. Orada vətəndaşlara it əti də versəydilər, yeyərdilər. N sayda insan hansısa müğənniyə qulaq asmaq üçün zala dolmuşdu.
Mənə elə gəlir ki, müasir çadır toyları bərpa olunmalıdır. Açıq havada toya keçmək lazımdır. Əks halda, restoranlar onları soyacaq, zəhərləyəcək. Restoranlarda istehlakçıların hüquqları tamamilə pozulur".
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda