Fatih Ərbakanın daha bir "uzaqvuran top"u istefa verdi - AK Partiyaya keçəcək?

img

02-09-2024 [14:25]


Bu ilin 31 martında keçirilən bələdiyyə seçkilərində Fatih Erbakanın lideri olduğu Yenidən Rifah Partiyasının siyahısı ilə Şanlıurfa Bələdiyyə sədri  seçilən Kasım Gülpınar partiyasından istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu barədə yayımladığı video mesajında ​​AK Partiyaya keçəcəyi ilə bağlı iddialara cavab verib.

Böyükşəhər Bələdiyyə sədri vəzifəsini icra edəcəyini deyib və əlavə edib ki, hər hansı bir partiya səralarına qatılmaq niyyətinə deyil: "Müstəqil və birləşdirici bir siyasət tərzinin faydalı olacağına inanıram".

Xatırladaq ki, son aylar bu partiyadan bir neçə bələdiyyə sədri Ərdoğanın lideri olduğu AK Partiyaya keçib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR