Zahid Oruc seçicilərə təşəkkür etdi: "...bir yolda sizinlə çiyin-çiyinə böyük məsafə qət etdik"
02-09-2024 [11:09]
33 saylı Xətai birinci seçki dairəsindən parlamentə keçirilən seçkilərdə qalib gələn Zahid Oruc seçicilərinə müraciət edib.
Mia.az həmin müraciəti olduğu kimi təqdim edir:
"Əziz həmvətənlər,
Ölkəmizdə Zəfər tarixinin ilk prezident seçkiləri ilə başlayan 2024-cü ilin ikinci yarısında keçirilən parlament seçkiləri ilə Qarabağın 30 ildən artıq işğalına tam son verildiyi dövrün ən böyük siyasi hadisəsidir.
Sovetlərin dağılmasından sonra Azərbaycanda millətin təməl mövzusunu Qarabağ təşkil edib. Müxtəlif qüvvələrin ümumilli problemlərin həlli şüarları ilə siyasi hakimiyyətə gəlməsi və getməsi də torpaqların azad edilməsi faktoru ilə müəyyənləşib. “Bu seçki kampaniyası əvvəlkilərdən nə ilə fərqlənir?” sualına ən böyük cavab 8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük Günü”dür.
Tariximizdə ilk dəfə, bütün partiya, hərəkat və şəxslərin, o cümlədən milyonlarla vətəndaşımızın platforma və tələblərində “Ümumilli problem”, “Qarabağ münaqişəsi”, “Qaçqın və məcburi köçkünlər” adlanan bəndlər yer almadı. 14 fevral tarixində inaqurasiya mərasimində dövlət başçısının Yeni Tarixi Mərhələnin bəyanı, erkən parlament seçkilərinin izahında əsaslı arqumentdir. Azərbaycan məğlub ölkə əsrindən Qalib ölkə Yüz İlinə qədəm qoyub. Müstəqillik tariximizin ən ağır: “Zəfərə qədərki” dövrü sona çatıb, “Zəfərdən sonrakı” qalibiyyət tarixi yazılır.
Əziz xətaililər,
“Oruc Allahın, seçim xalqın” və “Ağ şəhərdən yaşıl Xətaiyə” şüarları ilə çıxdığımz müqəddəs bir yolda sizinlə çiyin-çiyinə böyük məsafə qət etdik.
Zəfər meydanından başladığımız təbliğat-təşviqat kampaniyasını bizə inanan seçicilərimizin ruh yüksəkliyi və qətiyyətli inamı ilə Zəfər Meydanında da uğurla başa çatdırdıq.
Seçki təşviqatı dövründə bütün çağırışlarınıza diqqət etdik, evlərinizdə qonaq olduq. Qədirbilən Xətai sakinlərinin son 2 ay ərzində göstərdikləri yüksək səmimiyyət və doğmalıq mühiti, vətəndaşların nümayiş etdirdikləri prinsipal dövlətçilik mövqeyi, eyni zamanda tələbkarlıq, xalqa xidmətin yeni meyarlarının dilə gətirilməsi üzərimizə böyük məsuliyyət qoyur.
İstər “Qənimətlər parkı”, istərsə də “Zəfər muzeyi”nin özünə doğma ünvan tapdığı bir rayonun təmsilçisi olmaq tərcümeyi halımızın şərəfli səhifələri olacaqdır. Vətəndaşlarımızı öz işıqlı gələcəyini birlikdə qurmağa inandırmaq və 1 sentyabrda-Qələbə ayında siyasi imtahana yalnız “seçici-namizəd” prinsipi ilə deyil, daha çox xalqımızın çoxəsrlik tarixinin yeni mərhələsinə - Yeni Yüz İlə qalibiyyətlə başladığı kimi onu davam etdirmək və möhkəmləndirmək ideyası uğur qazandı.
Sizə verdiyimiz vədlər, irəli sürdüyümüz ideyalar və baxışlar daha böyük vətəndaş gücü ilə birləşərək gələcək uğurların zəmanəti olacaqdır. Bəli, həyat fəlsəfəmiz- millətimiz ayağına gələni ucaldır.
Unutmayaq ki, uğurlar müttəfiqimiz, problemlər isə rəqibimiz olaraq qalmaqda davam edir. Sizinlə çiyin-çiyinə addımlayacağıq!
Biz hər zaman xalqımıza ləyaqətlə xidmət etməkdən qürur duyduq, millətimizi layiqincə təmsil etdik.
Bizə verilən səslər Ulu Öndərin dövlətçilik kursuna, prezident İlham Əliyevin 8 noyabr Zəfər, 20 sentyabr “Bütövlük günü”nə verilən xeyir duadır və uğur qazanan hər kəs bu həqiqəti unutmamalıdır.
Biz heç bir ideoloj-siyasi fərq qoymadan bütün namizədlərin dövlət və millət ideyalarını həyata keçirməkdə qərarlayıq. Belə olan halda kimsə seçkilərin nəticələrinə görə özünü məğlub saymamalıdır.
Seçkilərdə qələbə çalan-Qalib Azərbaycandır, Millli birliyimizdir, Böyük qayıdışdır! Qarabağda Qələbədən Ədalətin Zəfər çaldığı bir ölkə quruculuğuna doğru daha böyük hədəflər millətimizin qarşısındadır.
İşğala son qoyan dövlət və xalq bütün problemlərin həllinə qadirdir".
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda