Sumqayıt İH-dən şəhərin zibil suyu ilə "dezinfeksiya" olunmasına reaksiya: "Yollar yuyulub, təmizlik işləri aparılıb" - FOTO

img

30-08-2024 [11:36]


Sumqayıtda zibil maşınlarının yolları zibilin çirkli suları ilə "dezinfeksiya" etməsi barədə Mia.az-ın xəbərinə şəhər İcra Hakimiyyətindən cavab gəlib.

Mia.az xəbər verir ki, bu barədə şəhərdə yaşayan jurnalist Natiq Cavadlıya isitinadla yaydığı məlumata İcra Hakimiyyəti foto da əlavə etməklə, belə cavab verib: "Qeyd olunan ərazidə yollar yuyulub, təmizlik işləri aparılıb".

Əlavə olunann fotoda yolların həqiqətən zibil suyundna təmizləndiyi əks olunub.

Xatırladaq ki, Natiq Cavadlı zibil maşınlarının zibil suyunu axıda-axıda şəhəri dolaşmasından bir neçə dəfə şikayətlənib:  "Sumqayıt şəhər İcra Hakimiyyəti narahat olmayın, heç nə dəyişməyib, hər şey qaydasındadır, siz kef edin"

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.09.2024

Sabah yağış yağacaq