Banqladeşdə daşqın: ölənlərin sayı artıb

img

30-08-2024 [00:07]


Banqladeşdə leysan yağışlar nəticəsində baş verən daşqınlarda can itkisi artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Banqladeş Fəlakətlərin İdarə Edilməsi və Yardım Nazirliyi daşqınların 5 milyon 400 mindən çox insana zərər verdiyini açıqlayıb.

Bildirılib ki, milyonlarla insan evsiz qalıb, ölənlərin sayı isə 52-yə çatıb: "Mulvibazar bölgəsində seldə itkin düşənlərin axtarışları isə davam edir".

Xəbərdəd deyilir ki, 500 mindən çox insanın müvəqqəti yerləşməsi üçün 3403 müvəqqəti sığınacaq hazırlanıb.

Lamiyə Əhmədli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR