Adanada qəribə olay: ildırım 13 keçini vurub öldürüb

img

30-08-2024 [09:03]


Türkiyənin Adana şəhərində qəribə olay yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Feke rayonunda Yüksel İlhan adlı şəxs Bahçecik məhəlləsindəki Karaosman dərəsində keçilərini otararkən güclü yağış yağmağa başlayıb.

Məlumata görə, bu zaman qəfil çaxan ildırım bir yerə cəmləşən 13 keçini vuraraq öldürüb: "Xoşbəxtlikdən Yüksel İlhan aralıda olduğundan ona xətər toxunmayıb...".

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.09.2024

Sabah yağış yağacaq