Hindistan polisində dərəbəylik - Ana və oğlunun ölümcül döyülməsi etiraz yaradıb (FOTOLAR)

img

30-08-2024 [09:15]


Hindistanda aşağı təbəqə - Dalitlərin üzvü olan ana və oğlu saxlandıqları polis bölməsində ölümcül döyülməsi ölkədə etiraza səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, paytaxt Dehlidə "Dalit"lərə məxsus ana və oğlu polis idarəsində zorakılığa məruz qalıb.

Bu döyülmə videosundan görünür ki, əvvəlcə qadın polis zabiti ana və oğlunu yerə yıxaraq dəyənəklə möhkəöm döyür, daha sonra isə otağa daxil olan kişi polislər ana-balaya əzab yaşadırlar...

Məlumata görə, videogörüntünün yayılmasından sonra həmin şöbədə yoxlama aparılıb və zorakılıq edən polislər işdən qovulublar.

Xatırladaq ki, "Dalit"lər tamamilə ölkədə "sistemdənkənar təbəqə" sayılır. Onlar təxminən 200 milyon hindli qrupu olsa da, toplum onlarə qbəul etmir. "Dalit" sözü Hindistanda "toxunulmaz" deməkdir. Dalitlərin "toxunulmazlar" adlandırılmasının səbəbi isə digər kastalardan olan hinduların tualetlərini əllə təmizləmək, ölüləri basdırmaq və heyvanlara qulluq etmək kimi iyrənc və alçaldıcı işlərini görmələridir. Bu səbəbdən, iyrəndiyini açıq büruzə verən digər təbəqə insanları onlara toxunmur. Bu səbəbdədən "toxunulmaz" sayılırlar. Onların uşaqları məktəbə getmir, digər təbəqədən olanlarla əsla ailə qura bilməzlər və s.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR