İsrail İordan çayının qərb sahilində əməliyyatı davam etdirir - 45 nəfər həbs olunub

img

29-08-2024 [16:58]


İsrail ordusunun dünəndən işğal altındakı İordan çayının qərb sahilində genişmiqyaslı hücuma start verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son sutkada İsrail hərbçiləri daha 45 fələstinlini qandallayıb.

Fələstin Əsirlər Dərnəyindən bildirilib ki, hazırda heç bir səbəb göstərmədən ev və iş yerlərinə sistemli basqınlar davam edir: "Azca etiraz edən hər kəsi həbs edirlər..."

Qeyd olunub ki, son əməliyyatla 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə məhbus olan fələstinlilərin sayı 10 min 300-ü keçib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR