İlham Əliyev Ermənistanı Azərbaycanın əyalətinə çevirmək istəyir? - "Azərbaycan prezidenti dövlətçiliyimizi sarsıtmaq üçün strategiyaya malikdir"
29-08-2024 [14:42]
Daşnak yazar: "Azərbaycan prezidenti dövlətçiliyimizi sarsıtmaq üçün strategiyaya malikdir"
Erməni İnqilabi Federasiyasının (Daşnaksutyun) ABŞ-da işıq üzü görən həftəlik jurnalı olan “Armenian Weekly” nəşrində “Ermenistan: The new province of Azerbaijan?” (Ermənistan: Azərbaycanın yeni əyaləti?) adlı məqalə gedib.
Maraqlıdır ki, ermənilər ingilis dilində gedən məqalədə Ermənistan sözünün məhz azəri türkcəsində yazıblar. Məqalədə deyilir ki, son illər ərzində İlham Əliyevin rəhbərliyi altında Azərbaycan guya Ermənistana qarşı təcavüzkar siyasət yürüdür. Bu isə Ermənistanın suverenliyi və gələcəyi ilə bağlı narahatlıq yaradır.
Məqalənin müəllifi olan Ara Nazarian iddia edib ki, Azərbaycan prezidenti Ermənistan dövlətçiliyini sarsıtmaq üçün daha geniş strategiyaya malikdir: “2020-ci ildən Azərbaycan Ermənistanın 200 kvadrat kilometr ərazisini işğal edib, öz bayrağını strateji yüksəkliklərə sancıb. Bu hərbi təcavüz Ermənistanın siyasi və mədəni mənzərəsini yenidən formalaşdırmaq üçün bir sıra tələblərlə müşayiət olunur. Əliyev təkid etdi ki, Ermənistan Artsaxın öz müqəddəratını təyinetmə hüququna və 1915-ci il erməni soyqırımına heç bir istinada yol vermədən yeni konstitusiya qəbul etməlidir. Bu tələblər təkcə ərazi mübahisələri ilə bağlı deyil. Bu tələblər Ermənistanın tarixi gerçəkliyinə və milli kimliyinə birbaşa meydan oxumaqdan başqa bir şey deyil”.
Daşnak yazar qeyd edir ki, İlham Əliyevin strategiyasının əsas komponenti ondan ibarətdir ki, “Qərbi azərbaycanlılar Ermənistana köçürülməli”dir. Bu plan 300.000 azərbaycanlının silahlı birləşmələr yaratmaq və üçüncü ölkənin, ehtimal ki, Türkiyənin əsgərləri tərəfindən müdafiə olunmaq hüququ ilə Ermənistana qaytarılmasını nəzərdə tutur. Əliyevin tələbləri mədəni və təhsil hüquqlarını, o cümlədən erməni vergi ödəyicilərinin Azərbaycan dilində təhsil və məscid tikintisini maliyyələşdirməsini əhatə edir. Bu plan baş tutarsa, Ermənistanda demoqrafik tarazlıq pozulacaq.
Məqalənin sonunda müəllif həyəcan təbili çalaraq yazır ki, bu tələblər yerinə yetirilərsə, Əliyevin Sovet İttifaqının dağılmasından sonra Ermənistanın etnik təmizləmə aparması ilə bağlı revizionist iddiaları qanuniləşəcək. Bu uydurma iddialar məcburi köçkün azərbaycanlılar üçün kompensasiya və “Ailələrin birləşmə planı” çərçivəsində Ermənistana məhdudiyyətsiz immiqrasiya kimi əlavə tələblərə yol aça bilər. Bu ssenaridə ermənilər öz ata-baba torpaqlarında azlığa çevrilərək öz xarakterini və suverenliyini itirə bilər…
İlham Əliyevin tələblərinin nəticələri dərinə gedəcək və Ermənistanı Türkiyə-Azərbaycan ittifaqının təsiri altında olan “Ermənistan” əyalətinə çevirməklə hədələyir. Beynəlxalq ictimaiyyət vəziyyətin ağırlığını anlamalı və Ermənistanın öz müqəddəratını təyinetmə hüququnu və tarixi həqiqəti dəstəkləməlidir. Azərbaycan təzyiqlərini davam etdirdikcə, Ermənistan milli mübarizəsinin kritik mərhələsi ilə üz-üzədir və buna uyğun plan hazırlamaq üçün xarici təhdidlərin ciddi qiymətləndirilməsi tələb olunur…
Elbəyi Həsənli. Sürix
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda