Müsavat fəalını öldürən direktor müavini məhkəməyə çıxarılır

img

28-08-2024 [18:02]


Bakının Xətai rayonunda 55 saylı orta məktəbin mühafizəçisi Natiq Mehdini öldürməkdə təqsirləndirilən həmin məktəbin direktor müavini Elsevər İslamovun məhkəməsi başlayır.

Mia.az xəbər verir ki, istintaqı tamamlanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında olub. Rəsmi məlumata görə, Natiq Mehdi qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsində və Xəzər rayonu ərazisində basdırılmasında şübhəli bilinib.

O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Xatırlaadq ki, Natiq Mehdi ölümündən az əvvəl Müsavat başqanı postuna namizəd olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR