Sabah Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin iddiasına baxacaq

img

27-08-2024 [20:46]


Sabah Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin və müxalifətin “Xarici agentlər haqqında" qanuna qarşı iddialarına baxmağa başlayacaq.

Bu barədə məhkəmənin mətbuat xidməti xəbər verir.

İclas yerli vaxtla saat 11:00-a təyin edilib.

Xatırladaq ki, Gürcüstan Konstitusiya Məhkəməsində qanunun ləğvi tələbi ilə dörd iddia qaldırılıb. Bunu Prezident Salome Zurabişvili, Gürcüstanın 121 QHT-si, müxalifətdən olan 38 parlament üzvü və jurnalistlər ediblər./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR