İspaniyada müsəlmanları təhqir edən bələdiyyə sədri cərimələnib - 10 min avro

img

26-08-2024 [17:17]


İspaniyanın şərqindəki Kataloniya muxtar bölgəsində bələdiyyə sədri televiziya proqramında müsəlmanları təhqir edib

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  Girona şəhərinin Ripoll rayonunun meri və Kataloniyanın yerli parlamentində Aliança Katalana partiyasının üzvü olan Silvia Orriols buna görə arəsində açılan istintaq çərçivəsində cərimələnib. 

O, Orriols 8TV televiziyasına verdiyi açıqlamada Kataloniyada yaşayan müsəlmanları Kataloniya kimliyinə təhdid sayaraq etnik qrupu təhqir edib.

Orriols məhkəmənin bu qərarını "ifadə azadlığına hücum" sayıb.

Xatırladaq ki, rəsmi məlumatlara görə, İspaniyada müsəlmanların ən çox yaşadığı bölgə olan Kataloniyada 700 minə yaxın müsəlman yaşayır.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR